Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə115/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   111   112   113   114   115   116   117   118   ...   197
III mətn

Allah-tala buyurur ki, ya Cəbrayıl, yen get abidi yoxla, görəh abid mənim yolumu saxlıyır, onda bir səxavət var, yoxdu? Özü də Allah dərgahınnan gündə üç öynə yemək gəlirdi. Özü də bura bax, məəllim, insanın başına iki şeydən hadisə gəlir. Bir dilinnən, bir də tamahınnan. Dilnən tamah atmasa, heş vədə heş bir şey olmaz.

Bu abid gedir yeməyi gətirməyə. Baxır ki, yemək ikidi. Əl açır Allahın dərgahına, deyir:

– İlahi-pərvərdigara, min şükür sənə, nə tez agah oldu mənim qonağım var.

Amma yeməyin birini gətirir qoyur ortalığa, deyir:

– Qonax ye.

Deyir:

– Yemirəm.

Axı qonağa agahdı yemək ikidi. Bu bir deyir, iki deyir. – Özü də Musa peyğəmbər bunnan zornan icazə alır ki, torpağın üsdünə sırıxlımı salıf yataram, birjə gejəliyinə məni qonağ elə. – Yemir, yemir, özü başdıyır yeyir, yatır. Savah ertə durur sübh namazına, görür qonax yoxdu. Əl açır Allaha, deyir:

– İlahi-pərvərdigara, min şükür, bir üzdü qonağım gəlmişdi, yaxşı ki, çıxdı getdi.

Gedir yeməyə baxır ki, yemək yoxdu. Bir gün, iki gün, üş gün, yemək gəlmir. Həftə tamam olur, deyir:

– İlahi-pərvərdigara, saa agahdı ki, sənin yolunu saxlıyıram. İndi burda ajınnan niyə özümü öldürüm. Gedim Dəymədağıldıdan bir dənə çörəh dilənim gətirim, onu yeyim.

Abid durur gəlir, deyir:

– A bajı, səni and verirəm Allaha, nolar maa bir dənə çörəh.

Deyir:

– A qardaş, Allaha da qurban olum, peyğəmbərə də. Bir dənə çörəh nə olan şeydi.

Ajdıx pis şeydi. Allah heş bir kəsə gösdərməsim. Çörəyi vurur qoltuğuna, xeyli aralaşmış Allah dərgahınnan bir it peyda olur. İt yeriyir abidin üsdünə. Çörəhdən bir az kəsif ağzına aparmax isdiyirdi, görür it gəlir, çörəyi tulluyur ona. Sonuncu tikəni atanda abid deyir:

– Ya Rəbbim, yer üzündə nə qədər cannı-cansız var, yaradan sənsən. Belə məxluqu nə üçün yaratmısan? Axı bir çörəh dilənif almışdım, onnan bir loxma yeməh maa nəsib olmadı.

İt dil açır, deyir:

– Abid, mən həfdələrnən, aylarnan yiyəmin qapısında aj qalı-ram, qapı-qapı düşüf dilənmirəm. Sənin ibadətin var, səxavətin olmuyannan sora heş bir şeydi.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin