III mətn
Allah-tala Azreyildən soruşur ki, bu qədər can almısan, bunnarın içində heç yazığın gələn olufmu? Deyir ki, mənim bircə dəfə ürəyim yumuşalıf.
Deyir:
– Nə vaxdı?
Deyir:
– Ey mənim Allahım, bir dəfə bir gözəl oğlan var idi. Elə gözəl idi ki, mənim də onnan xoşum gəlirdi. Sən hökm elədin ki, get onun canını al. Getdim onun qoja anasını gördüm. Ta iş işdən keçif, bunun yaşamaxdan yaşamamağı yaxşıdı. Mənim ürəyim yumu-şaldı kı, ya mənim Allahım, mən bu cavan oğlanın nətər canın alım kı, bu qoja yaşasın, cavan getsin dünyadan. O qoja arvatdı, özünü idarə eliyə bilmiyəjəh. Bu oğlan onu dolandırır, çayın-çörəyin verir.
Allah deyir:
– Yerə bax.
Baxır. Deyir:
– Nə görürsən?
Deyir:
– Qara dənizi.
Deyir:
– Əməlli bax, nə görürsən?
Deyir:
– Qara dənizin içində bir qara daş görürəm.
Deyir:
– Bir də bax, nə görürsən?
Deyir:
– Qara daşın içində bir dənə qara qoç var, ağzında təzəcə, elə bil indi qırılmış yarpax var.
Deyir ki, get o oğlanın canını al. Qara dənizdəki qara daşın içindəki qara qoçun ağzına təzə yem verən Allah o arvadın da ruzusun verəjəh. Deyir:
– Sən niyə belə çox məjbur eliyirsən?
Deyir:
– Ona görə ki, o oğlana qıymıram. O oğlan o qədər saf, o qədər təmizdi ki, indiyə kimi bir dənə pisdih, naxələf iş görmüyüfdü. İsdəmirəm cinayətkar gedə o dünyaya. İsdiyirəm saf, təmiz halda gedə. Amma o qadın çox işdər görüfdü. Deyirəm o bir az da yaşasın, bəlkə müəyyən işdər tutdu, mən onun hökmünnən bir az yumuşaldım.
Dostları ilə paylaş: |