6. DOXSAN DOQQUZUNU VERƏN,
BİRİNİ DƏ YETİRƏR
Bir gün arzu eliyir ki, Xudavəndi-aləm, maa yüz qızıl yetir, amma doxsan dokquzunu yetirsən yiyə duran deyiləm. Mənim kimi ağılsızın biri də gətirif bunun bajasınnan doxsan dokquz qızıl salıf. Deyif:
– Kişinin sözü bir olar da, görəh bu doxsan dokquzu götürəjəh?
Bu götürüf sanıyıf deyif:
– Əşi, doxsan doqkuzunu yetirən birini də yetirər.
Savah ertə gəlifdi ki, mənim qızıllarımı ver. Deyif:
– Əşi, nə danışırsan, mən Allahı çağırmışam, Allah maa qızıl yetirif.
Deyif:
– Bə sən niyə yalançısan? Sən deyirdin yüz olmasa yiyə deyiləm.
Deyifdi ki, doxsan dokquzunu yetirən yüzü də yetirəjəh.
Deyif:
– Onda gedəh darğanın yanına şikayətə.
Deyif:
– Əşi, mənim əynim-başım cır-cındır. Bu sıfatda mən nətər gedim?
Bu çuxasını soyunuf verif, deyif:
– Ala geyin, gedəh.
Geyinif deyif:
– Vallah, başım açıxdı, utanıram getməyə.
Papağını da verif, deyif:
– Ala qoy başına, gedəh.
Bu şikayətə gedir da, yüz qızıl hardadı. Deyif:
– Piyada qılçam ağrıyır.
Atını da verif, deyif:
– Atı min gedəh. Atı da minif, gediflər.
Şikayətçi darğaya şikayətini eliyif. Mollaya deyifdi ki, bu nə oyundu sən bu kişinin başına açmısan? Deyif:
– Əşi, sən onun dediyinə qulax asma. O kişi deyəjəh başındakı papağ da mənimdi.
Deyif:
– Hə də, heylə dəyil?
Deyif:
– İndijə deyəjəh altındakı at da mənimdi.
Deyif:
– Hə də, altındakı at da mənimdi.
Deyif:
– Görürsən, ay darğa, indijə deyəjəh əynindəki çuxa da mənimdi.
Beləlihnən darğa bunu rədd eliyir. Deyif: “Sən böhtançısan. Nətər yanı, sən olmasan bu məhətdəl qalardı? Hamısına deyirsən mənimdi”. Heyləcə yüz qızılı düzəldif.
Dostları ilə paylaş: |