15. QURD HAQQINDA
I mətn
Qurd öz gücünü bilmir. Deyilənə görə, qiyamət günü bir kəl, bir də qurt ayaxlarını diriyəjəhlər yerə, gələn tufan oların dərisini sivirif çıxarajax, amma oların ayaxları yerdən üzülmüyəjəh.
II mətn
Canavar Allah tərəfinnən rüsxət verilmiyincə heş yerə girmir. Allah-tala tərəfinnən rüsxət verilir ki, sənin yemin Kürdə bir at var, odu. Yalnız onnan sora ora girir. Canavar isdədiyi yerə girsə, dağıdar oranı.
16. GÜLNƏN BÜLBÜL
Bülbül gülə hərisdi, gülnən sevgilidi. O gülün eşqiynən oxuyur, oxuyur, oxuyur, özün yorur. Elə ki, gül açılır, onda bülbülün gözü tutulur. Xar olur ey, sarı cüjüdü. O qonur gülün içinə. Onunçün deyillər ki, bülbül cəfasın çəkir, xar səfasın görür.
Dostları ilə paylaş: |