Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə173/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   169   170   171   172   173   174   175   176   ...   197
38. HALIMA BAX, AY MAHMUD*
Bir gün bir arvadın gözünün ağı-qarası madar bir oğlu varmış. Bunu həvəsiyir tez evləndirir ki, gəlnim olsun, nəvəm olsun. Gəlin gələn günnən bu arvadın günü göy əysiyə dönür. Buna iy vermir, yedirtmir, içirtmir. Bu oğul çıxıf gedir savah ertə, bir də axşam gəlir. Görür bunun nənəsi günü günnən qupquru quruyur.

– Ay ana, dərdini nədi, xəsdəsən?

– Yox, ay bala.

Arvad da dərdin buna demir.

– Ay ana, de görüm nədi, niyə beləsən? Mən qazanıram, aj qalmırsuz, susuz qalmırsuz. Sizin ehtiyacız üçün mən günüz axşa­matan çalışıram ki, mənim anam, ayləm aj qalmasın. Bax, sən niyə beləsən? Bu gəlin günü-günnən kökəlif şişif, ennən-dənnən çıxıfdı, amma sən beləsən.

Bu demir ki, gəlin məə zulum verir. Deyir:

– Ay oğul, vallah nə bilim, surfaya qoyulanı görürsən. Sən də yeyirsən, mən də yeyirəm. Heş xəsdəliyim də yoxdu.

Demə, bu gəlin günü qara olmuş, oğul evdən çıxanda mütək­gəni qoyuf uzanırmış. Deyirmiş nə iş var, qaynənə? Qapını süpür, quyudan su çək, heyvannarı sula, heyvanın altını təmizdə, xamırı ajıt, çörəh bişir, yeməh qayır, paltar yu. Nə iş varmış hamısın arvada gördürürmüş. Arvad yoruluf taqətdən düşəndə gəlif deyirmiş:

– A bala, bir loxma çörəh ver, heç olmasa yeyim, taqətim olsun da.

Deyir:

– Onda mən lillili çalajam, sən oyna. Oyna, səə bir tikə çörəh verim.



Arvadın əlajı yoxuymuş da, nağarsın. Gəlin vedrənin dalına belə dumbadum eliyirmiş, arvadı oynadırmış, axırda buna bir tikə çörəh verirmiş, yeyirmiş. Buna görə də arvad günü-günnən sınıxırmış.

Bir gün bu oğlan savah-savah duruf qazanca gedəndə, bir qonşusu varmış bunun, qonşu bunun qavağına çıxır. Salam-kalam. Oğlanın adı da Mahmudmuş.

– Ay Mahmud, vəziyyətin-zadın? Evdə-eşihdə nə var, nə yox?

Deyir:


– Vallah, anam nəysə yaman geridi. Anamın bu halı məni heş rahat eləmir. Oların ujunnan gejəm-gündüzüm yoxdu. Çalışıram gün­dəlih yeməklərini, yağlarını, çörəhlərini, ətdərini, azuqələrini gətiri­rəm, anam genə də qupquru quruyuf gedir. Bilmirəm anamın dərdi nədi. Mənə də heş-zad demir.

Deyir:


– Oğul, mən sənə bir söz deyim. Sən qayıt səfərdən. Get pus, anaan vəziyyətini gözünnən gör. Ananın nəysə bir sirri var, sənnən gizdiyir, – deyəndə bunun ağlına batır. Qayıdır gəlir evinin yaxın yerində gizdənir. Görür gəlin yıxılıf bərdən ayna, mütəkgəni qoyuf dizinin altına, nənə də pərvan-pərvan qulluxçu təki qapını süpürdü, quyudan su çəkdi, qapını suladı, heyvannarı suladı, paltarı yudu, çörəyi bişirdi. Gün günortadan addadı. Axşam olanda gəldi dedi:

– Ay gəlin, vallah ürəyim getdi, bircə loxma çörəh ver, – deyəndə gəlin dedi ki, şərtimiz var, oyna, çörəh verim.

Başdadı vedrənin arxasını danqıldatmağa. Arvad girdi ortalığa,

Halıma bax, ay Mahmud,

Huluma bax, ay Mahmud.

Oynadıf əppəh verillər

Əhvalıma bax, ay Mahmud,

– deyə-deyə başdadı oynamağa. Mahmud çıxdı:

– Ay filan-filanın qızı, belə eliyirsən, onçün nənəm belədi.

Arvadın belinə bir-iki ağaş çəkir, arvad durur küsülü qaçır. Bir müddət qalannan sora arvad deyir:

– Bala, balaları anasız qoyma.

Gedir özü yalvar-yapış eliyir, gəlini gətirir. Gəlin onnan sora and içir, tova eliyir. Qaynənəynən islah dolanır.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin