41. YAMAN DƏRTDİ, BACI
Bir arvadın da üş gəlini olur. Bu arvad bu gəlinnərə zulum verirmiş. Bir gün arvad deyir ki, mən dururam gedəm qonşu kəndə molla var onun yanına. Gəlinnər tək qalanda deyillər ki, buyünnəri qaynənəmiz evdə yoxdu. Durax nəsə bişirəh, yeyəh. Nə bişirəh, nə bişirəh. Ay qazan bulaşajax, qaşıx bulaşajax, yağ olajax, arvad biləjəh. Deyəndə balaja qız deyir ki, gətir kömbə bişirəh. Qavaxlarda belə kömbə bişirirmişdər, külə basdırırmışdar, içinə ayın-oyun qoyuf soğannı-zaddı bişirirmişdər. Bular gətirir ojağı qalıyır, kömbənin xamırını yoğurullar. Salıllar elə kömbəni bişirif ojaxdan çıxardanda qəfil arvad gəlir. Arvad gələndə deyillər, ay bajı, nağarax, gəldi. Deyillər kömbəni bağlıyax tumanın altınnan belimizə, suya gedəndə aparıf orda yeyəh. Bunu evdə harda gizdətsəh arvad iyinnən biləjəh. Kömbə soğannı-zaddı bişərmiş, iyi evə yayılan olurmuş. Gətirillər bunu büküllər bir yaylığa, bağlıyıllar böyüh bajının belinə. Qaynar kömbə bunu yandırdıxca gəlin ayna-bayna soncuxluyur.
– Vay, vay, vay, yaman dərtdi bajı, – deyəndə ortancıl bajı deyir:
– Qorxma bağı bərhdi, bajı.
Guya möhkəm bağlamışam da, açılmaz. Deyəndə balaja bajı deyir:
– Bilsə yaman dərtdi, bajı.
Arvad bunnan annıyır, deyir:
– Deyin görün bu nə sözdü. Bir də deyin mahnuzu.
Böyüh bajı soncuxladıxca deyif:
– Baba, baba, baba, yaman dərtdi, bajı.
Ortancıl deyif:
– Qorxma bağı bərhdi, bajı.
Kiçih deyif:
– Bilsə yaman dətdi, bajı, – deyəndə arvad deyir:
– Bura gəlin görüm sizin nə sirriz var.
Buları lütdüyəndə baxır görür kömbə gəlinin belində. Köm-bəni alır özü yeyir, buların da hərəsinin belinə bir-iki dəfə vurur:
– Mən yox idim, demək, belə eləmisiz?
Dostları ilə paylaş: |