Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə178/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   174   175   176   177   178   179   180   181   ...   197
43. MƏNƏ DƏYMƏGİNƏN
Gəncəli bir balabançı vardı. Həsənqaya kəndindəki kirvəliyim bunu gətirmişdi məclisə. Bu evi yıxılmış həm balaban çalır, həm saz çalır, da saz aşığına imkan vermir. Bu qaravəllini nətər başıdıyrsa, – bizim camaat da qaravəlliyə çox meyillidi, gülməh üçün əldən gedir, – ta camaat uğunuf gedir gülməhdən. Axırda aşıx dözəmmədi. Dedi ki, ya sən məclisdən çıx, ya mən çıxıf gedirəm. Həmin balabançı da­ı­şırdı. Deyir, bir dəfə bərk isdiydi, çıxdım avtobusa. Gördüm yerdi dana, şapbıltıynan özümü tez yıxdım o oturacağa. – Özü də qarnı, bax, bax, belə idi. – Güjnən nəfəs alıram. Birdən başımı qaldır­dım ki, qujağında uşax bir qadın kəsif başımın üsdünü.

– Ə kişi, ağsakqal kişisən. Durmuşam başının üsdündə, sənin heş vejinə döyül.

Dedim:

– Bala, nədi, noluf?



Dedi:

– Bir oranı oxu görüm.

Belə qayıtdım gözümü hərrədim ki, mən otduğum yerə yazıflar: “Uşaxlı qadın yeri”. Çöndüm belə, dedim:

– Bajı, Allaha şükür, sən salamat qutarmısan, mən ölürəm. Qadan alım, mən qutarana qədər mənə dəyməginən.


44. DIZZ
Bir qonşu gedər bir qonşudan pul alar. O da inəyini təzə satmışdı, bir az pulu vardı. Çıxıf bazardan yenisini almax isdiyirdi. Borc isdiyən qonşu deyir ki, gələn həftəyətən pulunu verəjəm. Nəy­sə, pulu alır, amma bazar günü, dediyi vaxt gətirmir. Borc verən gedir deyir ki, ə, mənim pulumu ver da, gedim inəh alım. Dedin axı gətirif verəjəm. Ə, bu gün verəjəm, savah verəjəm. Borc alanın da bir qonşusu varmış. Deyir:

– O kimdi həftədə bir yol gəlir sənin üsdünü kəsir?

Deyir:

– Ə, onnan borş pul almışam, indi əl çəkmir. Gedir gəlir, gedir gəlir. Mən də düzəldə bilmirəm.



– Nə qədər almısan?

Deyir:


– Üş yüz maat.

Deyir:


– Gəl saa bir söz örgədim. Lap aparsın səni versin məhkə­mə­yə. Mən deyən sözü de, məhkəmə səni azad eliyəjəh.

Deyir:


– Nə deyim?

Deyir:


– O, sənə gəlif deyəjəh mənim pulumu ver. Sən ona qəti demə ki, verirəm, vermirəm. Elə denən “dızz”, əlini belə qulağının divinə apar. “Dızz” eliyəndə ona ajığ gedəjəh dana. Desə ki, adamsan, adam oğlu­san, “dızz” nədi, mənim pulumu ver. Denən “dızz”. Da ayrı söz demə.

Gəlir bu pulunu isdədihcə heylə deyir. Nəysə, olmur, aparır bunu verir məhkəməyə. Məhkəmə çağırır. Deyir ki, ə, bu kişinin pulunu niyə vermirsən?

Deyir:

– Dızz.


– Ə, adam oğlusan, insan oğlusan, dızz nədi? Kişinin pulunu almısan, niyə vermirsən?

Dızdan savayı bir söz demir. Axırda məhkəmə qayıdır o inəh yiyəsinə deyir:

– Ə, adam tapmırdın, pul verəsən. Sən görmürsən bunun ağlı başında yoxdu.

O dıznan canını qurtarır.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin