Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə181/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   177   178   179   180   181   182   183   184   ...   197
47. SƏNİ ALANI DA GÖRDÜM,

PULUMU YEYƏNİ DƏ
Bir gün bir qəssab olur. Çox simic qəssab olur. Evə həmişə malın xaraf yerinnən göndərərmiş yoldaşına, bişirtdirif yeyərmiş, pulu yığarmış. Bir gün bunun başqa şəhərə yolu düşür. Gedir bir yerdə gejəliyəsi olur. Bir evə qonax gedir. Deyir:

– Qardaş, məni qonağ qəbul edərsən?

Deyir:

– Mənim gözüm üsdə.

Gəlir yemək vaxdı çatır, oturullar süfrəyə. Ev yiyəsi yoldaşına deyir:

– Döyəh yeyəh, yeyəh döyəh.

Arvad deyir ki, əşi, yeyəh, sora döyərih. Nəysə, qonağ ürpənir özünnən, təəccüblənir. Deyir:

– Nə məsələdi?

Deyir:

– Çörəyini ye, sora söypət eliyərih.

Çörəyi yeyillər, yığışdırıllar. Oturullar hamısı. Deyir:

– Bax, bu gördüyün ev tacirin evidi. Çox da imkannıydı. Yol­daşına, uşaxlarına əziyyət verən, pul xəşdəmiyən simic bir adam idi. Biz də bu arvadnan əlbir oluf o kişini tələf elədih. İndi xoşbəxt yaşıyırıx, pulunu da xəşdiyirih. Ona görə də hər süfrəyə yemək gələndə birinci ona söyüf sora yeyirih.

Qəssab tez durur gedir, heş gejə də qalmır. Gəlif evə çatan kimi ayın-oyun alır, bazarrıx eliyir, əti kəsir, yaxşı yerinnən evə ayırır. Həmişə əti evə piyada aparıf verərdi, heş faytonçuya da pul verməzmiş. Faytonçuya pul verir ki, bu əti apar evə ver, denən axşama yeməh-işməh hazırrasın, gələjəm. Yoldaşı da təccüblənir ki, bu nə işdi belə? Ömründə bu qədər bazarrıx edib evə göndər-miyif. Oturur kişini gözdüyür. Kişi gələndə deyir:

– Bu nə məsələdi?

Deyir:

– Arvad, gəl otur.

Arvad oturur. Deyir ki, getmişdim filan şəhərə qonax.

Səni alanı da gördüm,

Pulumu yeyəni də gördm,

Kəlləmi söyəni də gördüm.

İnnən sora pulumuzu xəşdiyif yeyif-içif kef eliyəjeyih. Onnan sora dərk eliyir ki, nə vaxtsa bunun başına da belə iş gələjəh.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin