48. SƏNİN QUYRUĞUN ELƏ HƏMİŞƏ GÖYDƏDİ
Bir gün keçiynən qoyun yol gedir. Qavaxlarına bir arx çıxır. Keçi qoyuna deyir ki, tullan. Qoyun tullananda ətəyi qalxır yuxarı. Keçi gülməhdən ölür. Deyir:
– Nəyə gülürsən?
Deyir:
– Ətəyin qalxdı, ayıbın görühdü dana.
Deyir:
– A bədbaxt, sənin quyruğun elə həmişə göydədi.
49. HAMINIZI SÖZ VERƏ-VERƏ GƏMİYƏ KOMALAMIŞAM
Azrayıl gəlir birinin canını almağa. Deyir:
– Maa üş gün möhlət ver.
Üş gün möhlət verir. Üş günnən sora gənə gəlir. Deyir:
– İkicə gün də möhlət ver.
Gedir iki günnən sora gənə gəlir. Deyir:
– Bircə gün də mənə möhlət ver.
Verir. Nəysə, bu gəmiynən səyahətə gedir. Səyahətə gedəndə Əzrayıl gəlir. Deyir:
– İmkan ver, səfərə gedirəm. Mənzil başına çatım gəlim, sora al.
Deyir:
– Yox ey, hamınızı heylə söz verə-verə gəmiyə komalamışam. Gəmini batırıf hamınızı öldürəjəm.
Dostları ilə paylaş: |