|
|
səhifə | 185/197 | tarix | 01.01.2022 | ölçüsü | 2,32 Mb. | | #103325 |
| C
Cəhənnəmə gedən dosdunu çox isdiyər.
Cəhənnəmə get, hələ bir Yevlağa da get.
Ç
Çox qoyunun çox quzusu olar.
D
Dağarcıxda unum olsun, kol divində evim olsun, məclisdə yarım olsun.
Dəmiri kürədən dəmir çıxardar.
Dəvəyə deyillər: “Hara gedirsən?” Deyir: “Ya Naxçıvana duza gedirəm, ya da Köyüyə oduna”.
Dilənçinin ağacınnan tutmasan torbasını yerə qoymaz.
Dovşanı arabayla tutmağ.
Ə
Əsirgəmə ver, utanma isdə.
E
El içində, öl içində.
Evlatda nəvə, devlatda dəvə, yatırda gəvə (və yaxud qatır).
F
Filankəs o qədər varrı adam idi ki, yükü uşsa altında adam qalar.
G
Gedən gətirir, oturan gözdüyür.
Gələni qovmax olma, gedəni saxlamax olmaz.
Gəzən ev olsaydı, oturanın bağrı çatdıyardı.
Gördün yemək, daha nə demək.
Dostları ilə paylaş: |
|
|