IX
MЬXTДLİF ŞEİRLДR
AFŞARIN*
Nadir şah nəslidir, tanısın hamı,
Böyük keçmişi vardı afşarın.
Ulu tarixdəndir yadigar,
Yazılsın tarixə adı afşarın.
Ağsakqalları tez-tez məclis qurallar,
Sağ-solunda cavannarı durallar,
İgidləri püşt tutub güləşəllər
Yerə dəyməz heş vaxt dizi afşarın.
İgidləri at belində durallar,
Gözəlləri bulaq üsdə gəzəllər,
Toy-düyündə halay vuruf süzəllər
Heç pozulmaz toy-düyünü afşarın.
Həkimi var, təbibi var,
Şairi var, müəllimi var,
Xanəndəsi, aşığı var,
Axundu var, hacısı var,
Əldə Allah kalamı var afşarın.
Obası var, oymağı var,
Aranı var, yaylağı var,
Ağsakqallı ağası var,
Öz divanın özü tutar afşarın.
Evlərində daim işığı yanar,
Ocaxları çatır-çatır qalanar,
Yadelləri talan edər talayar,
Heç vaxt sönməz od-ocağı afşarın.
Elə nəsildi ki, elləri boldu,
Uzun Həsən kimi ağası vardı,
Şah İsmayıl kimi igid oğlu vardı,
Əyilməzdi heş vaxt başı afşarın.
Köçəri tayfadı, elə bəllidi,
Binədən evləri üç yüz əllidi,
İgidləri elə dəli-doludu,
Yerə dəyməz arxası afşarın.
Sinəsində bir vurufdu ürəyi,
Süfrəsində bol olufdu çörəyi,
İgidlərin polatdandı ürəyi,
Qorxu olmaz ürəyində afşarın.
Qoyunu var sürü-sürü,
Malları var naxır-naxır.
Yaylaxları, bulaxları,
Lülpər kimi yaylağı var afşarın.
Dostları ilə paylaş: |