YA ƏLİ*
Darda qalannarın sənsən pənahı,
İmdada, köməyə çatan, ya Əli.
Müşgülü guşəsən, şahların şahı,
Zindanın qapısın açan, ya Əli.
Sənin hünərinə hünər çatmadı,
Sənin möcüzənə ağıl batmadı,
Əvvəlinnən kimsə xəvər tutmadı,
Bilməz sirrin bəni-insan, ya Əli.
Zahirin, batilin sirri sənisən,
Alimlər usdadı, piri sənisən,
Allahın vəlisi, şiri sənisən,
Həmişə sənindi meydan, ya Əli.
Göyün sütunusan, yerin ləngəri,
Vəsi sənsən, hax göndərdi xəvəri,
Doğru yola sən qaytardın bəşəri,
Yol sənindi, etdin müsəlman, ya Əli.
Qüdrətdən yarandın pir-hünər əzəl,
Özün bir nursan, gözəldən gözəl,
Götür Zülfüqarı genə qeyzə gəl,
Aşsın ürəhlərdə imam, ya Əli.
Yer-göy qərar tutmaz olmasa imam,
Adın hörmətinə gətirir davam,
Cəlilin dilində hər səhər-axşam
Çağırmaxdı şahi-mərdan, ya Əli.
YATIBDI
Bir gün yolum düşdü qəbirstannığa,
Orda zaman qışdı, devran yatıfdı.
Sanki pıçıldaşır hər məzar daşı
Şair, asda yeri, insan yatıfdı.
Orda pul işdəmir, qiymatsızdı zər,
Ağa hökm eyləmir, işdəmir nökər.
Orda nə zəhmət var, nə alında tər,
Ağadan yuxarı nökər yatıfdı.
Eşit sən Qəmkeşi, mərhəmətdi ol,
Xalqa hakim olsan, ədalətdi ol,
Əgər varın varsa, səxavətdi ol,
Şöhrət yuvasında şeytan yatıfdı.
Dostları ilə paylaş: |