I
MİFOLOJİ MДTNLДR, ДFSANД VД RДVAYДTLДR
1. İNSANIN YARANMASI
I mətn
Azrayıldı, Mikayıldı, Cəbrayıldı, İsrafildi, bular dörd qardaş-dı. Adəm peyğəmbər yarananda Allah-talanın hökmüynən hərəsi dünyanın bir küncünnən bir xışma torpax gətirir. Deyir ki, get dünyanın dörd küncünnən torpax gətir, buna can verim. Odur ki, deyillər Adəm torpaxdan yaranıf. Olar dördü də məlakədi. Deyillər:
– Yarəbbi, icazə ver biz gedəh gətirəh.
Dedi:
– Axı gətirəmməzsiniz.
Dedi:
– Gətirməsəh, bizə nə qəsd eliyirisən elə.
Oların dördü də gedillər. Dünyanın dörd küncünnən hərəsi bir ovuc torpax gətirir. Qatır o palçığa, Allah-talanın əmriynən buna can gəlir. Dedi:
– Yarəbbi, buları gətirdih, bizə hörmətin nə olajax?
Dedi:
– Sizə hörmətim odu ki, bütün bu dünyanı sizə tapşırıram.
Dedilər:
– Xudavəndi-kərim, bütün bu dünyanı bizə tapşırdın. Ayrılıxda bizim sənətimiz nə olajax?
Dedi:
– Sən olajaxsan Azrayıl. Bu Adəmin bütün törəmələrinin canının ixdiyarını verəjəm sana. Sən alajaxsan oların canını.
Biri barıdan yıxılıf öləjəh, birini canavar dağıdajax, birini maşın vurajax. Deyəjəhlər maşın vurdu öldü. Onu o öldürür ey. Onun ixdiyarını ona verir. Cəbrayıla da deyir bu məxluqun ruhunu sənə verirəm. Həzrət Cəbrayıl Allahdan vəh gətirirmiş. İsrafilnən Mikayıla da torpağın ixdiyarını verif. Biri toxmağnan dağıdırmış, biri də sovururmuş. Olar bəşər döyüllər. İsrafil Mikayılnan dünyanı idarə eliyirimiş, Cəbrayıl vəh gətirir, Azrayıl da can alır.
II mətn
Allah-tala insanı yaradanda deyif ki, nətər eliyim bu, qəribçilih çəkməsin. Dünyanın dörd küncünnən torpax gətirtdi. Həzrəti Cəbrayıl, Həzrəti Azrayıl, Həzrəti Mikayıl və Həzrəti İsrafilə dünyanın dörd küncünnən torpax gətirtdi ki, bu adam harda ölsə qərib olmasın.
Dostları ilə paylaş: |