27. SÜLEYMAN PEYĞƏMBƏRNƏN QARIŞQA
I mətn
Süleyman peyğəmbərə Allah-tala nə qədər var verdisə, ona minnət qoymadı. Amma elm verəndə dedi:
– Sənə minnət qoyuram. Yanı elmini Allah yolunda istifadə elə.
Süleyman peyğəmbər bütün quşdarın dilini bilirdi, bütün cannıların dilini bilirdi.
Həzrəti Süleymannan bir dəfə soruşullar ki, ya Süleyman, sən bu qədər tədbiri, ağılı hardan örgəndin? Deyir:
– Birinci, Allahım verdi, ikinci, qarışqadan örgəndim.
Deyir:
– Qarışqadan nətər örgəndin?
Deyir:
– Bir dəfə qoşunnan filan məmləkətdən filan məmləkətə gedirdih. Dərədən keçəndə gördüm qarışqaların başçısı ətrafındakılara deyir ki, ayə, Süleyman peyğəmbərin qoşunu gəlir, birdən bilməz sizi ayaxlıyar, yuvalarınıza girin.
Elə hadisələr var ki, orda çıxıf “mən iyidəm” deyif sinəni qabağa verməhnən bir iyiddih olmur. Orda da tədbir lazımdı. Yəni burda Süleyman peyğəmbər deyir ki, mən ağlı o qarışqanın dediyinnən örgəndim ki, öz ətrafına başa saldı ki, bilə-bilməz, qoşun sizi ayaxlıyar, öz yerinizə çəkilin.
II mətn
Bir atdı qarışqa gedir, bir dənə buğda aparır ağzında. Deyir:
– Ey qarışqa, bu bir buğdanın çəkisi sənin özünnən ağırdı, sən bunu neynirsən?
Deyir:
– Bu bir buğdanın onda bir hissəsi mənim bir ilimin azuqəsidi. Mən bunu aparıram.
Deyir:
– Belədisə, sən bir buğdanı neynirsən?
Deyir:
– Elə vaxt ola bilər ki, mən bu bir buğdanı tapıb apara bilmərəm. İndi bu buğdanı aparıram ki, gələcəh yeddi ilim üçün ehtiyatım olsun. Bir buğda mənim yeddi ilimin azuqəsidi.
Süleyman peyğəmbər bunu götürüf qoyur bir qutuya, para da buğda qoyur. Deyir:
– İndi görüm bu buğda bir ilə bəs edərmi?
Bir ildə qarışqa para buğdanın parasını yemir. Deyir ki, həqiqi də Allah-talanın möcüzəsinə bax ki, bunun ortasının incəliyi sap qədərdi, bu, bir ildə bir buğdanın dörtdə bir hissəsini yeyifdi.
Dostları ilə paylaş: |