QARABAĞIN TANINMIŞ ADAMLARI HAQQINDA
58. HACI MƏMMƏDHÜSEYN
I mətn
Hajı Məmmədhüsöyün təbii alim oluf, oxumamış alim. Onun yetişdirdiyi sort Azərbaycanda adnan deyilirdi. Sayılan adam oluf. Hər yannan gəlif onnan sortdar alıf aparıflar. Gəlirdilər onnan toxumlux qoşdar alıf aparırdılar. Boz kərə sortunu o yetişdirif. Qarnının altı açıx olurdu, cod yunu olurdu. Bu sort həm də Qaradolax sortu kimi tanınır. Əziz qonax olanda ona boz kərə sortunnan bir-iki toğlu hədiyyə verərdik.
Pastayannı yapıncı əynində, at üsdündə döylətinə nəzarət edirdi. O iki sort götürürdü. Biri boz kərə olurdu, biri də qırmızı olurdu, ona deyirdilər “astarı açıx”. Quyrux hissəsi açıx olurdu, dairəvi gəlirdi. İkisini də o yaradıf. Harda yaxşı qoyun görür, qızıl pulnan alırdı. Məsəlçün, gedirmiş bir yerə. Görürmüş ki, orda bunun sürüsünə bənzər yaxşı qoyun var. Deyirmiş bunu sat maa. Alıf gətirirmiş.
II mətn
Bir dəfə Hajı Məmmədhüseyn gəlif dağda çobannarı yığıf bir heyvan kəsdirifmiş. Tatarrı Ojaxqulu oluf, bu da sinədən deyən çobanmış. Deyir ki, ayə, Tatarrı Ojaxqulu, bu dağları görürsən? Bulara hərəsinin öz xüsusiyyətinə görə bir şeir de. Onda Ojaxqulu çoban bir şeir deyir:
Dihcədən baxanda havayı dağlar,
Sarımsaxlıdan keçər dolayı yollar,
Qızılboğazdan qalxır Kilsəlidə girvə dağlar,
Nə yaman oldu bu dəli dağlar.
Dostları ilə paylaş: |