VII mətn
Qaradolaxlı Hajı Məmmədhüsöyün var ha, hədinnən artıx varrı olur. Bağırov* iclas eliyirmiş Ağcabədidə. Durur deyir:
– Başına dönüm, maa bir söz ver, saa iki kəlmə sözüm var.
Deyir:
– Buyur, ağsakqal.
Deyir:
– Mənim neçə min qoyunum var, çobanım var, itinə qədər hamısını sayır. Bunun hamısını verirəm sizə. Məni bu yaşımda tutuf biiman elətdirməyin.
Deyir:
– A kişi, get qoyunun içinnən iki yüz qoyun götür, qalanını ver, amma Ağcabədi torpağında qalsan mən Bağırov gedənnən sora sənin başıı əkəjəhlər.
Axırı keçir Şirvan tərəfə, o kişi gedir Xırdalanda öz əjəliynən ölür.
VIII mətn
Sovet hökuməti gələnnən sora Hajının döylətini tutuf əlinnən alır. Yazıx kişi qalır çox pis vəziyətdə. Bunun döylətini yığıf yarısını verillər Qarabucağa, yarısını da Samux savxozuna. Direktor deyir ki, Hajı, gəl səni savxoza zootexnik qoyum. Hajının da hardasa həştad-doxsan yaşı var. Döyləti əlinnən alınıf, əlajı yoxdu, razılaşır.
Qoyunu qırxıllar. Direktor gəlif deyir:
– Hajı, qoyun qırxıldı?
Deyir:
– Hə.
Deyir ki, ətdiyə qoyun seçəjeyih. Sən çobannara de, qoyunu seşsin. Direktor da duruf qoyunu seşdirir. Ay bala, onu gətir, ay bala, bunu gətir. Sürünün içində iki seşmə qoyun varmış. Biri boz qumral, biri boz kərə. Hajı deyir ki, o boz kərə qoyunu da gətir. Direktor deyir:
– Hajı dayı, sən Allah, sürüdə bunnan gözəl qoyun yoxdu, sən deyirsən onu gətir.
Deyir:
– Onun qara ciyəri ağ suluxdu.
Qoyunu gətirtdirir. Direktor deyir ki, kəs qoyunu. Qoyunu kəsillər. Mən də köhnə kişilərdən eşitmişəm də. And içir ki, direktor görüf, nejə Hajı demişdi, qoyunun qara ciyəri heylə ağ suluxdu.
IX mətn
Surfada yeyilən əti o adam bilir ki, həmin qoyun Bakının otunu otduyuf, yoxsa Qarabağın. O heylə bir adammış.
Bir dəfə məclisdə oturuf çörəh yeyirmiş. Surfaya qoyun əti gətiriflər. Deyif ki, bu qoyun Haramıda otduyuf. Heylə tamın bilirmiş.
Sayvalılı Qaytaran bəy oluf. O da çox varrı adam oluf. Bir gün bu gəlir Qaradolağa. Qaradolax da Kürün qırağına tökülüf, dağa çıxıf gedəjəhlər. Gəlir Hajını tapır. Görüşüllər. Hajı çobana deyir ki, Kürün qırağınnan gələn filan erkəyi gətir kəs. Gətirir kəsir. Deyir Qaytaran bəy, bu kavabdan nə bilirsən? Deyir:
– Hajı, nə demək isdiyirsən?
Deyir:
– Bu harda otduyuf?
Deyif:
– Hajı, düzdü, mənim təcrübəm var, amma sənin qədər yoxdu. Mən onu deyə bilmiyəjəm.
Sora bir dəfə də Hajı gedif bulara. Kürün qırağınnan Qaytaran bəyə qoyun gedifmiş. Bizdə tağlı ot olur, başı yumru-yumru, turac otu kimi, ona qaradənə otu deyillər. Onda Hajıdan soruşuf. Hajı deyif:
– Sənin mənə yedirtdiyin ət qaradənə ətidi.
Deyif:
– Hajı, halaldı səə.
Dostları ilə paylaş: |