Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə61/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   57   58   59   60   61   62   63   64   ...   197
59. HACI QARA
I mətn

Ağcabədidə Pürzə arvad oluf, onun evində yaşıyıf. Pürzənin qavağında heş kim dura bilməzdi. Ötkəm arvad oluf. Hacı Qara Pürzə arvadın evində həmişə qonax kimi məskunnaşarmış. Ağca­bədi bazarında mal satarmış. Bunun arabasına, qoşqusuna baxan iki nökəri varmış. İrannan mal gətirif burda satırmış.

Get-gedə bazarı zəyifliyir. Nökər baxır görür ki, bunun ver­di­yi əməkhaqqı bunu qane eləmir. Sözdəşillər ki, qaçax. Yəni bunun əlinnən çıxax gedəh, nə qədər nökərçilih eliyəjəyih. Hajı Qara bunnan duyuğ düşür. Bu əhvalat oluf Pürzə arvadın evində. Duyux düşür ki, bu nökərrər qaşmax isdiyir. Ona görə nökərrəri yanınnan qoymur. Kəndir alır. Gejə bunun atına baxmax lazımdı axı, atın yemini vermək lazımdı. Nökəri göndərir ki, get ata bax gəl. Kəndiri bağlıyır nökərin belinə, birini də tutur əlində. Nökər gedir, kəndiri açır, bağlıyır atın qavağ ayağına. Hajı Qara hərdən belə-belə dartır, görür tərpənir da. Deyir yağın gələjəh, atı rahatdıyır. Möhkəm dartanda görür at kişniyir. Bu biri nökərin də belinə kəndir bağlıyıf göndərir ki, get gör nağarır orda. Bu da gedif bağlıyır atın o biri qılçasına. Hajı Qara ha dartır, dartır, görür at kişniyir. Gedif görür ki, kəndir atın qılçalarına bağlanıf. Heylə nökərrəri onnan qaçıllar. Onun nökərrərinnən biri yerri oluf.
II mətn

Axundov gəlif bunnan pul isdiyir. Axı Axundov rus məmuru oluf. Bu vermiyif ki, aparıf dinin əleyhinə istifadə eliyərsən. Axundov bunu biyabır eləmək üçün “Hacı Qara” əsərini yazır.

Bir günnəri gəlif deyir ki, Hacı, sənin haqqında əsər yaz­mışam. Hacı deyir ki, samavarı doldurun, qaynadın. Samavarı dol­du­rullar. Hacı pulu paçkaynan gətirif düzür yanına. Deyir ki, bunnan çayı qaynadassan. Həqiqətən də, kağız pulu yandırıf atıllar ora, çayı qaynadıllar. Deyir:

– Hacı, sən mənə beş yüz manat pul vemədin, samavarı qaynatmax üçün 50 min pul yandırdın.

Deyir:

– Mən bunnan sənə sübut eliyirəm ki, mən xəsis deyiləm. Sən mənnən istədiyin pulu aparıf rusdar üçün istifadə edəcəkdin, ona görə o pulu sənə vermədim.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin