III mətn
Bir gün Hajı Qara çıxır ki, qoyun ciyarı alıf gətirə. Görür ki, bahadı, addıyır Bərdəyə. Gedir soruşur eliyir, əli gəlmir bunu ala. Nəysə, o vaxt bunun bir yoldaşdığı varmış. Bu, yoldaşına deyirmiş qavaxcan sənin çörəyini yeyəh, sora mənimkini yeyərih. Bununkunu yeyənnən sora özünkünün ağzını bağlıyırmış.
– Ə, di gəl sənin çörəyini yeyəh.
Deyirmiş:
– Yox ey, nənəmdən qorxuram.
Bax, heylə xəsis imiş. Nəysə, bu addıyır Gəncəyə. Gəncədə bazarda hərrənirmiş, həmən yoldaşına ürcah gəlir. Öpüşüllər, görüşüllər. Deyir:
– Nə gəzirsən, sən hara, bura hara?
Deyir:
– Vallah, çıxmışdım bazara bir ciyar almağa, xarava o qədər bahadı. Bax, gəldim Bərdəyə, əlim gəlmədi almağa.
Amma o zamannarı bunun yoldaşı lütkom bir şeymiş. Hajı Qara görür ki, ə, bu ayrı hak-hesabdadı. Bunun geyimi, filanı, beşməkanı tamam dəyişif. Deyir:
– Ə, ürəyim darıxır. Qavaxca de görüm bunu hardan almısan?
Deyir:
– Ə, deyəjəm ey saa. Allah mənimkini yetirif. Bir malını yeməz vardı, sən ölmüyəsən, kopoğlu öldü getdi. İndi onun arvadını almışam, malını-pulunu da xaşdıyıram.
Bunu eşıdən Hajı qaçır gəlir evə.
– Ə, qoyun kəsin.
Deyillər:
– Pay atonan, kişinin başına hava gəlif.
Deyir:
– Ayə, arvadımı alanı da gördüm, malımı yeyəni də gördüm.
IV mətn
Bir nəfər Hajı Qaraya deyif ki, gəl dosd olax. Hajı Qara deyifdi ki, şərt kəsəjəm sənnən. Gələrsən bizə, orda vəziyətə baxarıx, sora dosd olarıx. Gedir Hajı Qaragilə. Keşmişdə buxarı varmış, orda da ojax qalıyırmışdar. Bu kişi də qəlyan çəkən imiş, varrı adammış. Hajı Qara çaydan-zaddan düzəldir. Görür bu kişi dəyqada bir ibişkadan çəkir qəlyanını yandırır, çöpü tulluyur. Hajı Qara da fikir verir. Yandırır tulluyur, yandırır tulluyur. Gedənə yaxın deyir:
– Qardaş, noldu?
Deyir:
– Sənnən mənimki tutmaz.
Deyir:
– Niyə?
Deyir:
– Bayaxdan bəri bir ibişkanı korramısan. Bunun bir dənəsiy-nən bir şəhəri yandırmax olar. Qardaş, sənnən mənimki tutmaz. O köz, o da maşa, götür papirosu yandır da.
Dostları ilə paylaş: |