61. SARI AŞIX
Bizim mahalda Sefi addı bir aşıx oluf. Sarı Aşıx deyif:
– A Sefi, gəlif sənnən deyişəjəm.
Bu Sarı Aşığın da Canı addı şəyirdi olur. Sarı Aşıx gəlir Sefinin yanına. Sarı Aşıx Aşıx Sefiynən oturuf söypət edəndə görür, üzdən irax, qapıda bu Bəxdiyarın* küçüyü təki sarsax it sefillənir. Sarı Aşıx bu Aşıx Sefini bağlamax üçün belə bir söz deyir:
– Ə Sefi, bu nədi qapıda sefillənir?
Demək, iti Sefiyə bənzədir də. Deyəndə Aşıx Sefi də dil altında qalmıyıf Sarı Aşığın belə cavabını verir. Bilir ki, bunun şəyirdi Canıdı. Biədəb də sözdü, bağışdıyın. Deyif:
– Ə, elə vura bilmirsən canı g....nən çıxa.
Sarı Aşıx deyif:
– Aşıx Sefi, deyilmiş qədər varsan. Mən buyünnən belə dur-dum getdim. Sən ki Canını itin harasınnan çıxartdın, bu məə bəsdi.
Dostları ilə paylaş: |