Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə65/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   61   62   63   64   65   66   67   68   ...   197
62. AŞIQ VALEH
Bunu mənə atam nağıl eliyif. Aşıx Valeh aşıxlıx sənətini örgənməhdən gəlir. Baxır ki, yolda bir çoban qoyun otarır.

– Salam məleyki, çoban qardaş.

– Əlöykümət salam. Ay qardaş, de görüm sən kimsən.

Deyir:


– Mən Aşıx Valehəm, aşıxlıx sənətini örgənməhdən gəlirəm.

Aşıx Valeh gənc olur. Nə qədər sənət örgənsən də, yenə də örgənməyə ehtiyac var. Çoban da bij adam oluf da. Bunun imkanı yoxuymuş ki, qoyunu otaran ola, bu, qış yatağını düzəldə, saxmana sala, bir üzünü-başını qırxdıra. Buna imkanı yoxuymuş. Çoban de­yir: “Ə səni, buna bir sual verəjəm, elə bunu bağlıyıf qoyunu bir az otardajam buna”. Deyir:



– Oğul, sənə bir sualım var. Cavaf verdin, həqiqi haqq aşığısan, verəmmədin, şərtimiz şərtdi. Mən o cavabı verəjəm, sən də bu qo­yunu bir ay otarassan.

Valeh deyir: “Ə, nətər yanı mən aşığ olam, bunun qarşısında aciz qalam”. Deyir:

– Qəbul oldu, ağsakqal, sualıı ver.

Deyir:


– Oğul,

Dağların başın ağlar,

Qar yağıf başın ağlar.

İki misrasın mən dedim, bunun arxasın de.

Valeh fikirrəşir: “Ə, bunun ürəyini nətər oxuyum ki, son iki misra bunun iki misrasına tuş gəlsin”.

Nəysə, Valeh deyir:

– Ağsakqal, qoyunu otarası oldum.

Bəli, sazı qoyuf kişinin alaçığına, bir yaxşı çomağ alır əlinə, kişinin qoyununu bir ay burda otarmaxda olsun. Kişi də qəşəh çıxır bazara, özünə yaxşı kömək tapır, başını qırxdırır, yaxşı plov bişirt­di­rir arvada. Yaxşı yeyif-içir. Ay ötür, həmin vaxt tamam olur. Gəlir, deyir:

– Oğul, o vaxt nətər demişdim?

Deyir:

– Ağsakqal, dedin ki,



Dağların başın ağlar,

Qar yağıf başın ağlar.

Deyir:

– Ay oğul, mənim adım Raqufdu,



Raquf bir dərdə düşüf,

Hər kəs öz işin ağlar.

– Əyə, onda mana çoban lazım idi qoyunu otara. Allah səni yetirdi, qoyunumu bir ay otardın, mən getdim işimi sahmana saldım gəldim.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin