67. MİNƏXOR KƏNDİ
I mətn
Əsl adı Binəxordu. Ərəbcə ata “xor” deyillər. Pənah xanın at binəsi olufmuş orda. Ona görə oranın adı qalıf Binəxorru.
II mətn
Minəxor İvrahim xanın at tövlələri oluf. Minəxor “min at axuru” deməkdi. Orda min at axuru oluf.
68. HARAMI DÜZÜ
Haramı düzü dəvə karvanının yolu üsdündə oluf. Orda da haramılar gedif gələn karvannarı soyurdu. Ona görə də oranın adı qalıf Haramı düzü.
69. GAVUR ARXI
I mətn
Örənqala böyük bir şəhər oluf. Orda yaşıyannar da gavurlar oluf. O arxı onnar çəkdirif. Sora Örənqala batıf. 1938-ci ildə arxı bərpa eliyillər, adını qoyullar Orcanidze kanalı. Sovet dağılannan sora həmin arx yenidən Gavur arxı adlandırılır.
II mətn
Gavur arxını sifdə gavurlar düzəldifdi. Yüz illər keçif pozuluf, Arazdan ayrılan qol itif-batıf. Bir də xan qızı Natavan arxa su gətirif. Onun da vaxdı qutarıfdı. Texnika çıxannan sora su hasat gəldi. Qavaxda bizi yığırdılar, daşı yığırdıx qarğının arasına, məfdilnən bağlıyıf yumalıyıf salırdıx Araza ki, su güjdənsin kanala gəlsin. Bu kanal da onnan bəri işdənir.
Bu kanala su üş dəfə gəlif. Elə olufdu ku, arxı qazdıxları yerdə bir ilanın ortası çıxıfdı. İlanın ortasına gətirif kəndiri salıflar. Başı-quyruğu torpağın altındadı. Nə qədər çəkiflər, mümkün olmuyuf. Sora kəllər işdiyirdi orda. Kəlləri gətirif qoşufdular. Kəllər güj verəndə bu çıxmıyıf. Çıxmıyanda gamış heyvanının bir xasiyyəti var, o saat dizdərini atır yerə. Qavax dizdərini atıf yerə, bu çıxıf. Görüflər bir əjdahadı. Bu heş tərpənmir. Elə belə-belə baxıf bulara. Bular da buna yaxın gedə bilmiyif. Bir də görüflər ki, nə qədər sürü ilannar gəldi topalaşdı bura. Bu ilannar padşahı imiş da. İlan gəlif fışıldaşanda bular qaçıf. Savah ürəkli bir adamı göndəriflər ki, gedin görün orda nə var. Gedif görüflər bir dənə ilan da yoxdu. Çıxıf gediflər.
70. XATIN ARXI
Şah Abbas Xatın addı naxırçı qızını alanda qız şaha deyifdi ki, Əsgəranın tuşunnan, Qarqar çayınnan bir dənə arx çəkdir, çıxartginən Qarabağın düzü Muğadənə. Xatın arxı son vaxtlara qədər işdiyifdi. Şah Abbas onu həmin kadının sifarişiynən çəkdirif.
Dostları ilə paylaş: |