Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə72/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   68   69   70   71   72   73   74   75   ...   197
73. QAYNAQ QAZILI*
Atam Feyzulla kişidən soruşurdu ki, Qaynax qazılı nədən olufdu. Deyirdi ki, İsa kişi, vaxdiynən o kəntdə qaraçılar gəlif məs­kunnaşıfdı. Qaraçı da hamısı qalayçı oluf. Olar dəmirçilih, qalay­çılıx, qaynaxçılıx sənətiynən məşğul olufdu. Oların da bir qazısı olufdu. Vaxt gəlif bu qazı tay yavaş-yavaş hörmətdən düşüf, qazılı­ğın işdədif dolana bilmiyif. Həmən qazı başdıyıf qaynaxçılığa. Onun adıynan da həmin kəndin adı Qaynax qazılı qalıf.
74. QOTUR GÖLÜ**
Ermənistan tərəfdə bir təpənin başında su var idi, ona Qotur suyu deyirdilər. Eşitdiyimə görə, onu bir dəvə tapıf. Bir adamın bir dəvəsi oluf, bunu açıf boşduyuf. Deyif bu qoturdu, sürümə qotur salar. Bu dəvə gedif o gölü tapıf. Susuyuf, girif o gölə.

Bir aydan sohra kişi gedif baxanda görüf bu dəvə elə oluf gür-gümüş təki. Bu dəvənin bir dənə də qoturu qalmıyıf. Deyiflər bu nədi. Gözdüyüflər, görüflər dəvə günüz otduyurmuş, günorta gün qızanda gəlif o göldə yatırmış. Demək, onnan o suyu tapıflar.

Dağa gedəndə yarası-xorası olannar, geyişməsi olannar orda çimirdi.

75. QARI TƏPƏSİ
Topal Teymurun oğlu bərk xəsdə olur. Deyir:

– Gedin gəzin, elə bir çoxbilən adam tapın gətirin ki, mənim oğlumu diriltsin də, qoymasın ölə.

Gedillər bir qoja arvad tapıllar mənim təkin. Deyir ki, şahın oğlunu sağalt, bir belə sənə mal-döylət, mülk verəjeyih. Bu gəlir qa­vaxca elə müalicə eliyir, şahın oğlu sağalır. Deyir ona görə sağal­dıram ki, mən də anayam, bunun anası yol gözdüyür. Teymur deyir ki, indi sağaldımı oğlum? Deyif:

– Yox, hələ bir günnüh müalicəm qalıf.

Daldan elə bir dərman gətirir bunun oğluna verir ki, oğlu şahın gözünün qavağında partdıya-partdıya ölür. Teymur qarıya deyir ki, de görüm nağardın mənim oğlumu öldürdün. Deyir:

– Sənin oğlunu siftə ona görə sağaltdım ki, mən də anayam, sənin oğlunun anası var, yol gözdüyür. Sağaltdım, oğlunun anası xəbər tutdu ki, oğlu yaxşıdı. Sora da öldürdüm ki, sən mənim elimin, ölkəmin oğlun qədər neçə cavannarını öldürmüsən. Mənim ona vijdanım yol verməzdi ki, sənin oğlun dirilsin.

Onnan sora şah əmr eliyif ki, hərə bir daş atsın qarının üsdü­nə. Daşnan qalax eliyillər, qarının belində bir dənə böyüh təpə quru­lur. O təpənin də adını qoyullar Qarı təpəsi. Deyillər guya Füzuli tərəfdə heylə bir Qarı təpəsi var.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin