9. HAL HAQQINDA
I mətn*
Bunu (söyləyici əlindəki iri zoğal dənəsi boyda yaşıl muncuğu göstərir – top.) qaynənəm verif maa. Qaynənəm Laçının İrsan kəndində anadan olufdu. Deyir, bir kadının təzə uşağı olmuşmuş. Dam evi varmış. Görüf ki, bajadan bir nəfər baxır. Arvadın adı Xanı imiş. Deyif:
– Xanı bajı, gəlim, gəlmiyim.
O da deyif ki, qapını qoyuf niyə bajadan gəlirsən? Qapıdan gəl. Qapıdan gəlif, içəri girəndə – arvad da evin ortasında ojax qalıyıf orda qızınırmış da, – görüfdü kü, bu gəldi oturdu ojağın qırağında, oldu bir əcayib şey. Arvad özün itirmiyif. Ojaxdan bir dənə kösöy götürüf, yana-yana vuruf bunun sinəsinə. Sinəsinə vuranda onun sinəsinnən muncuxlar qırılır, hamısı tökülüf, dağılıf dam evinin içinə. Bunu da mənim qaynənəmin anası götürüfdü üş dənə. Qaynənəm də verif maa. İkisin uşax itirdi, birini atmışdım sandığa, qalıf orda. Hal “yeddi arxa-dönənizdən toba” deyif qaçıf. Həmin uşağın adını Salman qoydular. Onnan sora o uşağın adı qalır Hallı Salman.
II mətn
Mənim əmimin qaynanası vardı. O deyirdi ki, yoldaşım hal tutmuşdu, gətirdi evə, saxladıx. Bunnan irəlidə kişilərin belində xançal olur da. Bunu örüşdə tutar. Bir komalağ arvad-uşağın üsdünə düşər. Hamısı qaçar, xançalı tez bunun üsdünə taxar. Bunu evə gətirər, saxlıyar. Ağbirçək arvad deyir, biz də uşağ idik, bunu atam çox saxladı, buraxmadı. Hərdən oturuf ağlıyırdı ki, mənim döşümdə uşax qalıf, mənim uşağım var, məni balalarının başına fırla. Qoçağ idi. Desəydin ki, “tez gəl”, savax gedərdi, axşam gələrdi. Amma desəydin “gej gəl” getməyinnən qayıtmağı bir olurdu. Bax, biz nətər iş görürdühsə, heylə iş görürdü.
Bir gün çox yalvardı kişiyə ki, məni balalarının başına hərrə, burax gedim. Dedi:
– Mana nə verəssən ki, səni buraxım, gedəsən?
Dedi ki, nə isdəsən onu verəjəm, yeddi arxa dönəninnən tova, tova, tova deyəjəm. Yeddi arxa dönənin üsdündəki sancağı hansı azarrının üsdünə aparıf taxsa, onnan da tova. İsdiyirsən un çualına əl basım, isdiyirsən ojağına əl basım. O vaxdın adamları da bir az türkəsayax imiş də. Unu diməz. Deyər, əşi, onsuz da çualnan unu üyüdürüh da. Qoy ojağa əl bassın. Guya bizim ojağa odun gətirif qoyajağ. Demə, kül çox olarmış. Yeddi arxa dönəninə tovalatma verənnən sora – buxarı olurmuş da bunnan irəli, – getdi həmin ojağa əlini basdı. İndi, deyir, ojağ qalamasax da, baxırdın ki, ojağı qalıyıflar, külü dolduruflar buxarıya. Kül qutarmırdı.
Allah haqqı, rəhmətdiyin özü, Allah hamımızın ölənnərinə rəhmət eləsin, qojam idi dana, bir sanjax vermişdi bu yekəlihdə. Deyirdi bunu itirmə. Bu mənim dədəmnən qalmadı. Kim azarrasa, kimdə bir şey olsa, gəlif onnardan bir baş çalması alırdı, bir iynə alırdı, sancax alırdı. Onu da mən həmişə başım altdakı döşəyin üsdünə sancırdım. Bu uşağlar evi tökəndə onu hara tulladılarsa, daha tapılmadı.
Dostları ilə paylaş: |