93. MƏN BAYAQ GÜLƏŞDİM*
Bir kadın inəyi sağanda bir dənə kəl, daa məni bağışdıyın, inəyin üsdünə qalxır. Bu arvad durur bu kəlin quyruğunnan tutur, fırrıyıf tulluyur. Bir dənə pəhlivan bunu eşidir. Deyir ki, mən gedəjəm o kadınnan güləşməyə. Bu durur gəlir həmən kadını tapır. Hamı məclisə yığışır, komalaşır ki, bəs bu gün burda kadınnan pəhlivan güləşəjəh. Qadınnan bu pəhlivan qoşa oturmuşmuş. Deyillər durun da vaxtdı. Durun güləşin, biz də baxax. Kadın ayağa duranda pəhlivanın qılçasınnan belə basır, durur ayağa. Bunun qılçası burdan xırç eliyif qırılır. Deyillər:
– Dur da, kadın duruf, sən niyə durmursan?
Deyif:
– Mən bayax güləşdim.
Dostları ilə paylaş: |