Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə109/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   105   106   107   108   109   110   111   112   ...   197
20. SÜLEYMAN PEYĞƏMBƏRİN ÜZÜYÜ
Bir günnəri bir zərgər əlində çəkic işdiyirmiş. Bu deyir ki, Əli hakkı almaram, Əli hakkı vermərəm. Süleyman peyğəmbər yolnan gedirmiş. Görür ki, bu zərgər belə deyir. Deyir:

– Ə, onun dilini kəsəjəm.

Barmaxcılını çıxardır, deyir:

– Usda.


Deyir:

– Bəli.


Deyir:

– Bu üzüh barmağımı bir az sıxır. Bunu bir az irildif maa verə bilərsənmi?

Alır baxır, görür ki, Həzrət Süleyman peyğəmbərin möhürü var. Zərgər baxır ki, bu, buna yalan deyir. Üzüh barmağını sıxmır a. Alır üzüyü tulluyur daxıla. Zərgər başaşağı işdiyəndə Süleyman pey­ğəmbər üzüyü ordan oğurruyur. Çayın qırağınnan gedəndə üzüyü tulluyur çaya ki, qoy heş tapılmasın, savah açılan kimi onun boğazını üzüm. O ki deyir “Əli hakkı almaram, Əli hakkı vermə­rəm”, qoy görüm Əli ona nətər köməh eliyəjəh.

Axşam günbatan çağı bu durur tükanın ağzını bağlıyanda daxıla baxır ki, üzüh yoxdu. Deyir:

– Vay öyü yıxılan canım, padşah, sən öl, boğazıma savah qurğuşun tökəjəh.

Çox pərişan halda öyə gedir. Arvadı deyir:

– A kişi, niyə belə pəjmürdəsən?

Deyir:


– Arvad, bir işə düşmüşəm, mümkün döyül. Üzüyü axtarıram, tapmıram, yoxdu.

Deyir:


– A kişi, çörəyi ye. Sən ki deyirsən “Əli hakkı almaram, Əli hakkı vermərəm”, Əli kömək olar.

Deyir:


– Arvad, vallah yox, savah padşah mənim boğazıma qurğuşun tökəjəh.

Arvad deyir:

– Mən bir üzüh tapmışan, bax, gör ona oxşuyur?

Dedi:


– Gət görüm.

Gətdi, baxdı ki, həmən üzühdü. Süleyman peyğəmbərin adı bunun üsdündə, möhürü üsdündə. Dedi:

– Arvad, sən bunu hardan aldın?

Dedi:


– Bir balıxçı satırdı.

Dedi:


– Hə, həmən adam bunu oğurruyuf aparıf tulluyuf çaya, balığ orda uduf, o da balıxçının toruna düşüf. Bunu Allah eliyif.

Üzüyü qoydu civinə, savah getdi dükana. Süleyman peyğəmbər gəldi dedi:

– Salam.

Dedi:


– Əlöykümət salam.

Dedi:


– Üzüh hazırdı?

Dedi:


– Bəli.

Çıxartdı üzüyü verdi. Taxdı barmağına, gördü həmən üzühdü, həmən ölçüdə. Dedi:

– A kişi, sən bunu hardan aldın?

Dedi:


– Neynirsən?

Dedi:


– A kişi, sənnən söz soruşuram. Mən Süleyman peyğəmbə-rəm, sən öl, səni buyün dara çəkdirəjəm.

Dedi:


– Sən o üzüyü maa verəndə mən tulladım daxıla. Sora sən onu ordan oğurramısan, aparıf tullamısan çaya. Çayda da balığ uduf, o da torçunun toruna düşüf. O da qismət oluf bizim arvad alıf.

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin