Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə89/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   85   86   87   88   89   90   91   92   ...   197
III

TДRДKДMД YEMДKLДRİ
BAĞIR-BEYİN
Atam həftədə bir dəfə gətirif cavan heyvan kəsərdi. Deyərdi ar­vad, bunu bağır-beyin bişir. Anam onun başın ütürdü, təmiz yuyuf diri kəlləni qazana qoyuf qaynadırdı. O qədər qaynadırdı ki, da kəl­ləni belə götürəndə ət silkələnirdi, qalırdı quru sümüyü. Suyunu qo­yur­du kənara. Bu səfər bu heyvanın qara ciyarını, bir də qara ciyarı barabarında quyruğunu salırdı qazana, az miqdarda duz atırdı. Öz xoduna həzin buğnan tamam qaynıyıf bişirdi. Elə bişirdi ki, nejə ki kartofu belə basanda əzilər, onu çömçəynən basırdı, əzilirdi. Oları çıxardırdı sudan, qoyurdu bir qava. Həvəngdəsdədə qara ciyarı, bir də quyruğu tamam əzirdi. Qalan kəlləni qırırdı, beynini də qatırdı onnara, qarışdırırdı. Sora halva təki yasdılıyırdı, kəsərdi onu. Rəh­mət­dih atam oturardı, bizi yığardı başına. Deyirdi yeyin. Uşağdıx, yeyə bilmirdih, yağlı şey idi. Yemiyəndə məjbur eliyirdi yeyin. Anam deyirdi: “Ay kişi, məjbur eləmə, uşaxdı, yeyə bilmirlər”. Deyirdi: “Ay arvad, sən bilirsən bu nədi? Bu bütöy uşağın iliyinə, beyninə axır. Bunu yeyən uşax zehnli olar, yaddaşı güjdü olar. Qara­ciyarı yeyən adamın ciyarı o qədər təravətdi olur ki, ömrünün axı­rınatan onun ciyarına zədə düşməz”.
DƏRİ BASDIRMASI
Atam beşa-altı aylıx quzunu kəsirdi. Deyir arvad, təndiri od­da, dəri basdırması bişir. Quzunun dərisini bütöy soyurdu. Onun qol­larını, boynunu məftilnən möhkəm buruf bağlıyardı. Sora o qu­zu­nu bənd-bənd doğruyuf duzunu, soğanını, hər ədavasını vuruf teşdə qarış­dırardı, yığardı o dərinin içinə. İçinə də bir litrə qədər su tökər­di. Ağ­zını bağlıyıf deyərdi arvad, qoy təndirə. Anam onu qoyurdu tən­dirə, üsdünnən ojağı qalıyırdı. O ütüldühcə dərini qaşıyırdı. O vaxda qə­dər qaşıyırdı ki, dəri qıfqırmızı qızarır. Dəri ağaranda çı­xar­dırdı. Gətirif çöldə onu tamam qaşıyırdı, qarasını töküf nəm əy­siy­nən si­lirdi. Böyüh qazan gətirif dərini açıf içindəkini tökürdü ora. Dəridən çıxıf töküləndə iyi asfalda qədər gedirdi. Heylə ləzətdi yemək idi.
BASDIRMA
Malı kəsirdilər, əti doğruyurdular, ona soğan, istiot, nar, hər cür ədva vurulurdu. Saxsı küpə yığırdılar, ağzını örtürdülər. Bir də açırdılar ki, ətin rəngi gömgöydü. Onu taxırdılar, düzürdülər kaba­ba. Onun tamı da gözəl olurdu. Ona basdırma deyirdilər.
SULUX
Qoyun doğanda sulux bişirilirdi. Təzə doğulan qoyunun ətə-nəsini götürüf üfürürdülər. Quzunu mayalandırannan sora qalan südü sağıf o tuluğun içinə tökürdülər. Yerdən bir az qazırdıx. Ojağı qalı-yırdıx, közü sönür, onun qoru qalırdı. Tuluğu həmin qora basdı-rırdıx. Orda gözəl bişirdi. Pendir kimi olurdu, amma onun dadı başqa cür olurdu. Həmin yeməkdən böyük adamlara sovqat da göndərilirdi.

Təzə doğan qoyunun ikinci gün südünnən bişirilən yeməyə kətəməz, üçüncü gün bişirilənə bulama deyilirdi. Onu da bulamasan çürüyür.


AXTARMA PENDİR
Motalların ən qənirsizi axtarma pendirdi. Dağdan gələndə ayranı öküzə yüklüyürdülər. O motal öküzün belində o qədər çalxa-lanırdı ki, pendir diş-diş dururdu, qalanı da yağ olurdu. Bekaraca da ayranı olurdu. Mal-qara qurudana yaxın südünün yağlılığı çox olur. Onnan hazırlanan pendir də ən yaxşı pendir sayılır.

Pendiri qavaxca cılğıya yığardılar – dərinin ət üzünə. Orda yetişərdi pendir. Sora motal düzəldərdilər, tük üzünə yığardılar.




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin