Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə101/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   97   98   99   100   101   102   103   104   ...   266
TARİXİ ŞƏXSİYYƏTLƏR HAQQINDA
106. İSGƏNDƏR
I mətn

İsgəndər paçcah durub on atdıynan səfərə çıxmax isdiyirdi. Qabağına bir qarı çıxdı. Dedi:

– Qarı nənə, bayıra çıxmışam, bir fal aç görəh.

Qarı fal açanda ağlıyıf. Deyif:

– Bala, günorta bir-iki dəmirin altında saa ölüm görünür.

Gediflər, düşüflər günorta bir yerə. Tüfəhlərini təpə-təpə qoyuf üsdünə paltarrarını atıllar. Bı deyif ki, mən bir az dincəlim, siz də oturun. Bılar oturuflar. Görüllər ki, bı yuxuda danışır, gülür. Deyiflər ki, nə danışdın, nə güldün? Dedi ki, gəlmişdilər canımı almağa, dedim:

– Qoyun ayılıf vəsiyətimi eliyim sora.

Deyif:


– Mənim taxtı-xərcimin qapısını qırx gün açıx qoyun, maa ehsan verin. Quran kitabını bir qaba qoyun, xonça düzəldin, bir qaba da qızıl-gümüş qoyun, onu da xonça düzəldin, bir qaba da ox-yayımı qoyun, onu da xonça düzəldin. Buları mənim evimin girəcə­yinə qoyun. Hər kim bu sirri aşmasa, mənim ehsanımnan, xörəyim­nən yeməsin.

Bı sirri tapan olmadı. Xörəyini yeyən olmadı. Həmən qarı fırrandı, gəldi çıxdı bıra. Dedi ki, ay camaat, bı paçcahın xörəyini niyə belə haram eləmisiz? Dedilər:

– Bəs, belə-belə.

Qarı dedi:

– Ay camaat, İsgəndər paçcah deyir ki, mənnən çox dava eliyən olmadı qızıl-gümüş üsdündə, mənnən çox Quran-kitab oxu­yan olmadı, mənnən çox ox-yay çəkən olmadı. İndi bunnarın biri maa köməh etmədi ki, durum gəlim nənəmin yanında vəsiyətimi eliyim. Camaat sora yeməyi yeməyə başdadı.
II mətn

İsgəndər zülmət dünyasına getməli oluf. Axşam bunun vəziri gəlif öyə. Ata görüf ki, bu çox məluldu. Deyif ki, nolufdu? Deyif:

– Vallah, İsgəndər hər dediyini eliyif, indi də deyir zülmətə gedirəm. Zülmətə gedif nətər qayıtmağ olar?

Deyif ki, oğul, zülmətə gedif qayıtmax üçün ancax qulunnu maydan minməh lazımdı. Qulunnar qalsın, maydan ayannan bəri gələndə yol tapıf gələ bilər.

İndi rəvayətə görə, bir səsli su, bir səssiz su oluf. Orda iki bulax oluf. İsgəndər həmişə yaşamağ üçün lazım olan sudan işmi­yif, Xıdır orda oluf, o içif.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin