Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə102/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   98   99   100   101   102   103   104   105   ...   266
III mətn

İsgəndər öləndə bilif ki, anası çox ağlıyajax. Ona görə deyif ki, mənim ehsanımı, xeyratımı dərdi olmuyana verərsən. O da kəntbəkənt gəzir. Bir dərdsiz adam tapmıyıf. Gətirif toyuğa-cücəyə atanda toyux-cücə deyif:

– Bizim dərdimiz hamısınnan çoxdu.

O da yemiyif.



IV mətn

İsgəndər zülmətə gedif dirilih suyu işməh üçün. Gedif tapıf suyu. İşməh isdiyəndə qoja vəziri varmış, deyif:

– Əlini saxla, bir söz deyim saa.

Deyif:


– Buyur.

Deyif:


– Sən həmişə belə cavan olmuyassan, belə sərkərdə olmuyas­san. Qojalessən, vəzifədən düşessən, səni sayan olmuyajax. O vaxdı Allah-taladan nə qədər ölüm isdəsən vermiyəjəh saa. İndi əgər məslahatdısa, yaşaginan.

Deyir:


– Mənə heylə yaşamax lazım döyül.

Heylə oluf suyu işmiyif.


V mətn

İsgəndər bəy Mərziyə xanımı qonax çağırır. Mərziyə xanım görür ki, bu, adına görə buna hörmət eliyə bilmədi. Bu göylüh eli­yir də. Sora Mərziyə xanım bunu qonax çağırır. Mərziyə xanım ləldən-cəvahirdən yığır, bir padnosu doldurur, üzünə də qırmızı yay­lıx sərir, qoyur İsgəndər bəyin qavağına. Bu aşmır. Mərziyə xanım deyir:

– İsgəndər, xonçanı niyə aşmamısan?

Deyir:

– Açajeyih.



Bu, ayna gedənnən sora xonçanı qaldırır ki, aşsın da. Qaldı­randa görür hamısı ləldi, cəvahirdi. Ağzını örtür. Bir də gəlir:

– İsgəndər bəy, niyə aşmamısan o xonçanı.

Deyir:

– Mərziyə xanım, burda yeməli şey yoxdu axı.



Deyir:

– Ye, yeməlidi, niyə yemirsən? Bəs dünya malına niyə uymusan?

Rəvayətə görə İsgəndər bəy öləndə anasına vəsiyyət eliyif ki, ana, mənim əllərimi cinazadan çölə qoy.

– Ay oğul, nəyə görə, nə maqsada?

Deyir:


– Qoy Bərdə camaatı bilsin ki, bir belə varnan mən əliboş gedirəm ora. Bir də ana, mənim ehsanımı dərdsiz adama ver, yesin.

İsgəndər ölür, anası buna ehsan verir. Kağız çıxır bunun döş civinnən. Yazır ki, ana, xiffət eləmə. Ölüm Allahdan gəlir. Əgər bu ölüm bəndə tərəfinnən olsaydı, topnan, tüfəynən, qoşunnan qayta­rardım. Amma buna mümkün döylü.

Anası halvanı yüklüyür dəvəyə. Hansı kəndə sürürsə, deyir başına dönüm, vallah, mənim də dərdim var. Axırda görür yox ey, qaytarajax geri. Gedir dəryanın qırağına. Götürür halvadan dəryaya tulluyanda balıxlar çığrışır:

– Ay aman, onu tullama bura. Mənim dərdim səninkinnən çoxdu. Okqədər balamızı tutuf aparıf yeyiflər ki. Tullama bura.

Axırı anası deyir:

– Deyəsən mənnən az dərdi olan yoxdu.

Oturur halvadan doyunca yeyir, minir dəvəyə, çıxıf gəlir.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin