Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə153/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   149   150   151   152   153   154   155   156   ...   266
28. ŞAH ABBASLA SOYĞUNÇULAR
Şah Abbas görür şəhəri talıyıllar, amma öhdəsinnən gələn yox­du. Allahverdi xan vəzirə deyif ki, çıx şəhərə, gör mənə oxşu­yan bir adam taparsanmı. Bu çıxır şəhəri axtarır, fırranır ayna-bay­na. Gedir görür ki, bir pinəçi elə Şah Abbasa oxşuyur üz qurluşun­nan. Deyir hə. Buna deyir ki, dur şələ-pələni götür.

Deyir:


– Nədi, noluf, niyə götürüm?

Deyir:


– Səni şah çağırır.

Aparır bunu Şah Abbasın yanına. Şah Abbas buna deyir ki, səni qoyajam yerimdə, amma hak-ədalətnən işdə.

Deyir:

– Baş üsdə.



Deməli, Şah Abbas təhvil verir taxdı buna, çıxır şəhərə. Görür ki, camaat halay vuruf, bir dənə dərviş imamdan, peyğəmbərdən qə­sidə deyir. Bu, deyif qutarannan sora dərvişi çağırır yanına. Deyir:

– Qardaş, mən də qəsidə deyənəm. Gəlsənə yoldaş olax. Ayax­dan sən dur, başdan mən, deyək camaatı başa salax.

Deyir:

– Nolar.



Bir gejə bular gejələməyə yer axtarır, buları qonax saxlıyan olmur. Böyüh mağazanın yanında gejəliyillər. Addıyıllar dal tərəf­də qalıllar ki, qavaxda durmuyax da. Gəlif bizim başımızı əkəllər. Dərviş yatır. Şah Abbas güdür. Görür ki, bir-iki dənə ala papax gə­lir, milis işçisi. Deyir: “Hə, qoy görəh bular nəyə gəlillər”. Çəki­lir dal­daya ki, bunu görüf tutallar. Görür ki, şakqıltı gəldi. Gəlillər lomu salıllar tükanın ağzına, qanırıf qırıf girillər içəri. Şah Abbas çıxır:

– Ə qardaş, Allah xeyir versin, nağarırsız?

Deməli, şəhəri talıyan bu ala papaxlar imiş. Bular Şah Abbası tutullar. Axı bular yığışdırıf nə varsa, pulu da, hər şeyi yığışdırıflar, aparıllar. Deyillər səhər bizi satajax. Bunu aparax salax içəri, deyəh bu idi şəhəri talıyan.

Deyir:


– Qardaş, mənim yoldaşım da var idi, dey orda yatıf.

Gedif dərvişi də durğuzullar:

– Ə, dur ayağa, mağazanı dağıdıf burda niyə yatmısan?

Nəysə, nə başızı ağrıdım, bunu aparıllar. Sizin ağlıza gəlməz, qədimdə dam olardı, ortasında ojax qalıyırdılar qışda, yuxarısınnan da baja açırdılar. Aparıf salıllar bura. Şah Abbas gejə buna deyir ki, gəl yat ayağımın altında, əlim ora çatsa, mən çıxım gedim. Əgər iki­mizi də səhər gəlif şahın yanına aparsalar, ikimizi də öldürəjəh. Bu yatır bunun ayağının altında, onun əli çatır bajaya. Ordan yapı­şır bərk, sora bunun ayaxlarınnan qaldırır Şah Abbas çıxır burdan.

Gejəynən gedir Allahverdi xan vəziri durğuzur. Deyir:

– Dur məni apar ora.

Aparır. Görür ki, pinəçi uzanıf, yaxşı saz qızdardan biri ayax tərəfinnən oturuf, biri ortadan oturuf, biri də baş tərəfdən, bunu yelpiyillər. Şah Abbas belə baxır, deyir:

– Pay atonan yezit, gör bundakı hörmətə bax ey.

Şah Abbas deyir:

– Verin behuşdarı burnuna, apar hardan götürmüsən o daxala söykə, önnüyünü də qoy dizinin üsdünə, sapı da ver əlinə.

Aparıf bu dediyi kimi eliyir. Pinəçi nə müddətdən sora oyanır. Görür kü, ay qardaş, hardadı? Bu nədi, nejə işdi?

Səhər ertə padşah çağırır Allahverdi xan vəziri ki, o tutduxla-rınız hardadı? Deyir ki, biri qaçıf, – Şah Abbasın özünü deyir ey, – amma biri burdadı.

Deyir:

– Gətirin bura. Gedin hərrənin, onu da tapın gətirin.



Bu qəsidə deyəni də götürüllər, gedif belədən-belə, belədən-belə hərrənillər. Bu pinəçiyə çatanda milis işçisi deyir:

– Ə, buna nə çox baxırsan? Bəlkə budu yoldaşın?

Deyir:

– Allah haqqı, elə ona oxşuyur.



Taraf-turuf, bir-ikisin dartıf bunu durğuzullar. Qatıllar qavax-larına, aparıllar.

– Şah sağ olsun, gətirmişih dusdaxları.

Çağırır vəzir-vəkili, deyir dar ağacını qurun. Dar ağacını qurullar. Nəçəlniyin birin çağırır. Deyir:

– Bura bax ə, gəlif lomu salıf mağazanı dağıdırsınız, indi də bu yetimləri tutursunuz ki, siz eləmisiniz.



Vəzirə deyir ki, götür bunu as. Oranı dağıdan milislər neçə nə­fər­disə, hamısını asdırır. Deyir, deməli, şəhəri ayannan-bəri siz ta­la­mısınız. Pinəçini də asdırır. Bu dərviş qalıf məlil-müşkül. Deyir:

– Sən öl, məni də asdırajax.

Deyir ki, sənnən qəsidə deyən mən idim, gəl bəri. Saa onçün dedim ki, ora əlim çatsın, mən gedim. Bizi pinəçinin yanına gətsəydilər, bizi öldürəjeydi.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin