Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə154/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   150   151   152   153   154   155   156   157   ...   266
29. NUŞİRƏVAN PADŞAH
Nuşirəvan çox zülümkar padşah oluf. Deyilənə görə, yetmiş min uşax qırıf Nuşirəvan. Niyə, nə üsdə? Bu, çox zülümkar oluf, zülüm eliyirmiş də camaata. Səhər-səhər yerinnən duruf güzgünün qavağında bir belə daranıf, bir belə daranıf deyir: “Görəm, maa bu dünyada qalib gələn olar?” Öz-özünə deyif ha. Bütün alimləri, müşteyidləri yığajam, görüm, mana qalib gələn kim olajax. Olmuş işdi ey bu. O müşteyidə deyif, o axunda deyif: “Baxın görün mənim əjəlim kimin əlindədi, kim qalib gələjəh maa”. Alimlər baxıflar. Bir dənə alim deyif:

Nuşirəvan, sənin əjəlin bir uşağın əlindədi.

Deyif:

– Nətəri uşax?



Deyif:

– Anasının heş boynuna düşmüyüf o uşax.

Deyif:

– Onda nağarmax lazımdı?



Bu fikirrəşifdi ki, nağarmax lazımdı o uşağ olmasın. Bütün arvatdarın hamısın kişidən ayırıfdı ki, o uşağ olmasın.

Aradan bir müddət keçəndə, qardaş, gənə həmin alimə deyir:

– Bax, gör o uşağ anasının qoynunda yoxdu ki?

Baxıf deyif:

– Var.

– Əşi, mən ayırmışam axı buları.

Deyif:

– Elə sən ayıran gejəsi o düşüf anasının boynuna.



Nəysə, axırda buraxıf hamısını ayləsinin yanına. Qadağan qo­yuf ku, kimin oğlan uşağı olsa, yanıma gətirməsə, boynun vurdu­rajam. Kimin oğlan uşağı olur, aparır yanına, öldürür. Axırda bir kasıf kadının oğlu olur. Əri deyir:

– Arvad, aparax padşahın yanına, eşidər bizi öldürər.

Hamısı Allahdan olan şeydi də. Deyir:

– A kişi, o nə bilir mənim oğlum oluf, qızım oluf, yaxud boylu olduğumu. Mən özüm dokquz ay buna zəhmət çəkmişəm. Niyə aparım öz əlimnən verim ki, ala öldür.

Deyif:

– Bəs nağarax?



Deyif:

– Aparıf qoyajam odey, o kahaya, ağzın da hörəjəm. Ölər ölər, qalar qalar.

Dağlarda kahalar olur. Aparıf qoyullar ora, ağzın da hörüllər, qayıdıf gəlillər. Aradan təxminən bir müddət keçir, bir aymı, iki aymı keçir. Arvad deyif:

– Ay kişi, dur gedəh, görəh uşax ölüfmü, qalıfmı.



Duruf gediflər. Bir az söküf baxıllar ki, ə, burda cöngə kimi oğlan uzanıf, bax bu barmağı (baş barmağı – top.) ağzındadı. Deyil­lər ki, bu kim olar. Nəysə, söküf girillər içəri. Bu oğlan qalxır, deyir:

– Kimsiniz?

Anası bunu qucaxlıyır, deyir:

– Oğul, mən ananam, bu da atandı. Bəs padşah belə bir fərman verif, gətirif səni onçün qoymuşux bura.

Allah-tala bunun baş barmağınnan iki göz açır: birinnən su gəlir, birinnən süd. Bir ay buna bir neçə yaşa başa gəlir. Hər günü bir yaş olur. Götürüf bunu gedillər. Deyir:

– Əşi, bu cöngə kimi oğlandı, öylənməlidi. Padşah körpə uşaxları öldürür, bunu neyniyir.

Aparıllar evə. Deməli, bu Nuşirəvan günüz Allaha güllə atıf gejə ayağınnan asılırmış. Bir neçə ağaşdan Allah qayırıf. Yığıf anbara, bir nəfər buna təyin eliyir ki, gejə Allahlara qaroul çəhsin. Bir gün vaxt gəlir çatır buna. Bu deyir:

– Ay ata, bu nə Allahlardı, Allah nə gəzir burda?

Deyir:

– Bala, neynirsən, get qaroulu çək gəl.



Gejə bu gedir qaroulun çəkməyə. Gejə arz eliyir ki, Xuda­vən­di-aləm, bu qıfılı aç, mən görüm orda neçə Allah var, oları görüm. Şakqıltıynan kilit açılır. Girir içəri, görür burda Allah nə gəzir. Hamısı xırda-xırda odunnardı. Bular guya Allahdı. Bir yekəsi var, dik söyküyüf divara, guya böyüh Allah budu. Gejə gəlir, evdə bir yaxşı qəməltiləri varmış. Bu qəməltini götürür, gedir bu allahları qırır, doğruyur tökür, baltanı da vurur o yekənin çiyninə, gənə söyküyür divara

Səhər ertə hay düşür ki, beyjə kilidi qırıf allahları qırıflar. Ə, dinivalni* kim idi, gətirin bura görüm. Gətirillər. Deyir bəs buları kim belə eliyif? Deyif ki, padşahi-aləm sağ olsun, vallah, mən düz­dü qaroul çəkirdim. Gördüm içəridə bir şarakqaşuruk var. Pencə­rə­dən baxdım ki, bax, odey divara söykənən var ey, çiynində balta olan, gördüm buları bir-bir hamısın qırıxlıyır ki, Allah bir olar, o da mənəm. Siz kimsiniz?



İndi qardaş başına dönüm heylə zülmkarlar da oluf. Nuşirə­van bunu çağırıf qavax-qavağa, uzax olsun, sənnən mənim kimi durur. Deyir:

– Əyə, ağaş da bir-birin qırarmı?

Qəməlti burdadı axı (pencəyinin altını göstərir – top.). Taxır ürəyinin başına ki, əyə, qurumsax, ağaşdan Allah olarmı? Camaata bir belə zulum eliyirsən. Həmən uşax onu məhv eliyir, özü olur onun yerinə padşah. Onnan sora o el çıxır azadlığa.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin