Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə155/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   151   152   153   154   155   156   157   158   ...   266
30. BİR QAZ OLSA, YOLARSANMI?
Şah Abbas Vəzir Allahverdi xanı özünə vəzir gətirməh isdi­yir­­di. Allahverdi xan deyir ki, yanındakı vəziri rədd eləsən, gələ­rəm, sənin vəzirin olaram.

Bir gün yanındakı vəziri götürür, çıxır səyahətə. Gedir görür gölün qırağında mən yaşda qoja kişidi beş-altı dənə qoyunu buraxıf, qoyun otarır, hərdən bir qarqunu vurur suya.

Deyir:

– Salam-məlöykü, əmi.



Deyir:

– Əleykət-salam.

Deyir:

– Əmi, ikidəsən üşdə?



Deyir:

– Oğul, dünən ikidə idim, buyün üşdə.

Deyir:

– Əmi, uzaxdasan, yaxında?



Deyir:

– Oğul, başına dönüm, dünən çox uzaxda idim, amma indi lap yaxındayam.

Deyir:

– Əmi, üçüncü sualı verirəm. De görüm neçə dəfə çapmısan, neçə dəfə çapılmısan?



Deyir:

– Oğul, iki dəfə çapmışam, bir dəfə çapılmışam.

Deyif:

– Axırıncı sualı verif gedirəm, əmi.



Deyir:

– Buyur.

Deyir:

– Bir qaz olsa, yolarsanmı?



Deyir:

– Dəridən çıxardaram.



Bular çıxır gedir. Elə bil Rəncbərlərin ayağınnan qayıdır, deyir:

– Vəzir, o kişiyə mən nə dedim, o mənə nə dedi?

Deyir:

– Şah sağ olsun, sən belə dedin, o da belə dedi.



Dedi:

– Yox ey, onun mənası var.

Deyir:

– Vallah, başa düşmədim.



Deyir:

– Vəzir, saa qırx gün vaxt verirəm. Onu örgəndin gəldin, maa dedin, əvvəlki vəzirimsən. Yox demədin, onda öz baxdınnan küs.

Bu gedir evə kor-peşman. Arvad baxır ki, vəzirin qaş-qavağı yernən gedir. Deyir:

– Əşi, nolufdu?

Deyir:

– Hal-qəziyə belə.



Deyir:

– Allah başına daş salmasın, qırx gün hələ vaxdın var. Qırx gü­nün otuz dokquz günün kefində ol. Otuz dokquzuncu gün get o kişi­yə nə isdəsə verginən, onu örgənginən. Səhər də get şaha dalajit elə də.

Bu öz yeməyində-işməyində olsun. Qırx günün tamamına bir gün qalır. Deyir indi tərpən get o kişini tap.

Gedir kişinin yanına, tapır onu. Deyir:

– Əmi, yadındadı, otuz dokquz gün bunnan qavax iki nəfər atdı gəldi bura. Onun biri mən idim, bir də şah idi. O, saa belə dedi, sən ona belə dedin. Onun mənasın maa de.

Dedi:

– Oğul, sənin güjün çatar ona?



Deyir:

– Nə desən verərəm.

Çıxardır tənbəki torbası varmış civində, onu verir. Deyir ki, bax, bunu ağzınatan dolu qızılnan gətir, onnan sora saa deyim.

Gəlir evə. Arvad nəyi varsa yığır, torbanın başı yarımçıx qa­lır. Arvad boynundakını, qulağındakını, nəyi qoyursa, genə yarım­çıx qalır. Gəlir and-aman eliyir ki, bir qıram qızıl deyilən şey qalmadı evdə, hamısın gətdim.

Deyir:

– Oğul, sən burda otur – qoyunun yanında, mən o şəlin dalına keçim gəlim.



Keçir kolun dalına, orda gizdiyir, qayıdır gəlir. Deyir:

– Oğul, dəftər-qələmi götür yaz, mən deyim. O, məə dedi ki, uzaxdasan yaxında. Düzdü?

Deyir:

– Hə.


Dedim ki, dünən uzağı görürdüm, amma indi qojalmışam, görmə qabiliyyətim zəyifliyifdi, yaxını görürəm. Dedi ki, ikidəsən üşdə. Dedim ki, dünən ikidə idim, indi üşdəyəm. Dünən iki aya­ğım­nan yeriyirdim, amma indi çəliyə söykənə-söykənə gedirəm. Üçüncü dedi ki, neçə dəfə çapmısan, neçə dəfə çapılmısan. Dedim ki, bir dəfə çapmışam, iki dəfə çapılmışam. Yəni iki qızı ərə vermişəm, bir oğul evləndirmişəm.

Bunu da yazır. Deyir:

– Bəs o qaz məsələsi.

Deyir:


– Bala, qaz da sən, yolluyuf gəlmisən. Nəyin var aldım, dərini boğazınnan çıxartdım. İndi get.

Bu gedir sevinə-sevinə evinə. Arvad deyir ki, örgəndin. Deyir ki, hamısın yazmışam. Deyir ki, əzbərrə, səhər get şahın yanına. Əzbərriyir, səhər gedir şahın yanına.

– Vəzir, örgəndin?

Deyir:


– Hə, örgənmişəm.

Deyir:


– And olsun bu cıqqama, – o vaxdı papağa cıqqa deyirdilər, – düzün dedin, sənnən işim yoxdu, səni buraxajam çıx get. Amma yalan desən, səni dar ağajınnan asdırıf iki böləjəm. De görüm onu öz kəllənnən fikirrəşdin örgəndin, yoxsa o kişiyə nəysə verdin.

Deyir:


– Şah sağ olsun, indiyəcən qazandığımın hamısın apardım verdim ona, onnan örgəndim.

Deyif:


– Sənnən maa vəzir olmaz, yer get. Buyünnən belə mənim vəzirim vəzir Allahverdi xandı.

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin