Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə19/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   15   16   17   18   19   20   21   22   ...   266
III mətn

Kişi görüf mələh hərrənif, fikir verif da. Deyif: "Filan padşahın toyudu, gedirəm ora. Mən pişik cildində gedəjəm ora". O biri qayıdır ki, Məhbub, tez gəl. Uje bu bilif da bu cindi. Gedif görür həmən qara pişik hərrənir. Deyir:

Ay camaat, bu pişiyə baxın. Bu pişiyin adı Məhbubdu. Özü bir qadındı, Cəfər Cinninin dəsdəsinnəndi, adı Məhbubdu.

Bunu eşidən kimi pişih aradan çıxır. Gəlif deyir:

– Sirrimiz açıldı, biz bu məmləkətdən çıxmalıyıx.

Kişiyə deyir ki, nə iş görürsüzsə, biz onu bilirih, görürüh. Oğurruğunuzu da, əyriliyinizi də, yalanınızı da, hər şeyi bilirik, varınızı da, döylətinizi də. Niyə biz sizin sirrinizi aşmırıx, amma sən mənim pişih donuna girməyimi bütün xalqa çatdırdın? Çıxıf gedillər.


IV mətn

Bizim Fizulinin özündə, hal-hazırda gözümün şahidiyəm, var. Biz Cinni Qovu deerdik. Füzuliyə girən yerdə məhtəf vardı, o məh­təbin altında Cinni Qovu deerlərdi, elə cinnər yığıncağı idi. Orda sa­bahları bir seyit gəlif dedi ki, filankəsin evində ocax yanır. Mas­kı­va­dan, Bakıdan, bütün dünyadan hamı töküldü gəldi. Nəhqə­dər eylədi, mümkün olmadı. Evdə hər şey yanırdı. Quran qoyuflar qapı­nın başına, qabul eləmiyif Quranı da. Sora deeflər ki, bəs arvad su atıf cinnərin balasını yandırıf. Deer ki, baxırdım, qapının ağzın­nan yana-yana gəlif girirdi şifanerin içinə, işdənmiyən paltarı, palazı ütür­dü. Nəhqədər elədilər, mümkün olmadı. Onnan sora köşdü ordan.
V mətn

Bir gün Əhmədavarda işdiyirdim. İşdiyən vaxdı keşmişdən söhbət aşdı Şırannı İrza kişi. Nəysə, bularda işdiyirdim. İrza kişi deyir, ə, bir dəfə mənim başıma bir oyun gəldi. Dedim:

– Nədi?

Dedi ki, bəs araba işdədən vaxdıydı. Üzümü taxçalara yığmı-şam, gedirəm Qalaya. Qalaya gedəndə Qarağac qəbirsdannığının yanında bir eniş var, ordan çıxanda dəyirmana sarı öküzü nə qədər vurdum, yerimədi. Bir də baxdım gördüm ki, boyunduruğun üsdün-də bir dənə qırmızı şey oturufdu, öküzün qabağını kəsif, qoymur. Nəysə, arabanı saxladım, düşdüm, deyir, yerə. Gördüm ki, arabanın yanında bir dənə qız uşağı, yeddi-səkkiz yaşında, qırmızı geyimli. Bına yaxınnaşdım, dedim ki, a qızım, kimsən, nəçisən? Gejənin bu vaxdı burda nə gəzirsən? Deer çiynini atdı, dedi ki, "iiih". Dedim ki, aaz, mənim qızım olarsanmı? Gəl gedəh səni saxlıyım. Anan-atan varmı, yoxmu? Nəysə, bir də belə eliyəndə bu dedi:

– İiih.

Şallaxnan vurdum, getdi, deyir. Ququmça yolunda körpünün altına düşdü zığıldaya-zığıldaya. Çıxdım getdim, deyir, Xocalıya. Qaçaxlar arabaan qabağını kəsdi:

– Ə, kimsən, nəçisən? Arabanı saxlaginən.

Dedim ki, ə, Qalaya gedirəm, bəs üzüm aparıram. Biri o yannan qayıtdı:

– Ə, o, kimdi, nəçidi?

Dedim:


– Ə, İrza kişiyəm ey.

Dedim:


– Ə, sən kimsən?

Dedi:


– Abdal Qasımam.

Dedi ki, İrza kişi, uşaxlara verməyə bir şeyin var? Dedim ki, niyə yoxdu. Dedi ki, ə, olara bircə vərən üzüm ver. Bircə vərən üzüm verdim. Çıxdım getdim, deyir. İki gün Qalada qaldım, deyir. Üzümü də satdım. Qayıdıf gələndə böyürtgən kolunnan cəvərəni** götürdüm qoydum arabaya, gəldim. Genə həmənki yerdə gördüm öküzün qabağı kəsildi. Allah tərəfinnən ağlıma nə zad gəldisə, bunu tutdum, əllərini bağladım, ayağını da bağladım. Oturacağın arxa tərəfinə qoydum. Özüm də, deyir, gəldim evə. Nəysə, tutdum, "iiih" elədi. Dedim:

– Mənim qızım olassan, səni saxlıyajam.

Axşam çaydan-çörəhdən hazırradı. Oturdux, deyir, çörəyi aldım, "pismillah" dedim. Baxdım, qız yoxdu.

– Ə, qız hara getdi? Ə, Bəbir, hardadı?

Çıxıf gedif, yoxdu. Heş demə bu cin balası imiş.
VI mətn

Bırda bir ermənisdannı, Vedibasardan olan bir nəfər adam var idi. O söhbət eliyirdi ki, dağda olanda bir gün getməli oldum dəyirmana. Deyir, dərə var idi, üçüncü dərədə dəyirman yerrəşirdi. Birincini aşdım, ikincini aşdım, üçüncü dərəni yenəndə gördüm ki, burdan toy səsi gəlir. Yavaş-yavaş getdim gördüm kü, bizim kəntdə olan adamların hamısı bırdadı. Əli bırdadı, Vəli də bırdadı, Məhəm­mədəli də bırdadı, hamısı bırdadı. Mən, deyir, heş bi şey hiss eləmədim. Deyir, çoxlu da qazannar asılıfdı. Gəldim mən də otur­dum. Oturdum, gördüm kü, o yeməhlərdən pis iy gəlir. Deyir, nəysə, ağlıma birdən gəldi, dedim:

– Pismillah.

Deyir, gördüm ə, elə oturmuşam, nə qazan var, nə daş var, nə də bir şey var. Amma faktiki qazanın altında yanan odunnar tüs­dü­lüyür. Olar, sən demə, cinnər imiş, toy eliyirmiş. Amma bizim kənt camaatının libasında, sifətində görünürmüş.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin