Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə209/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   205   206   207   208   209   210   211   212   ...   266
33. QOYUN İSİNƏK
Qışın oğlan çağıymış. Bərk şaxtalı bir gecədə Heydər oğlu Xan­ların evinə od düşür. Ev başlayır yanmağa. Gecə yarısı imiş. Ev yiyə­ləri, qonşular yuxudan hövlənak oyanır, haray-qışqırıq salıb camaatı köməyə çağırırlar. Ayağı yer tutan Xanlar kişinin evinə doğru qaçır.

Əstan kişi də səs-küyə yuxudan oyanır. Biləndə ki, yanğın var, tələsdiyindən geyinə bilmir. Əyninə bir sırıxlı gödəkçə keçirib alt paltarında yıxıla-dura özünü çatdırır Xanlar kişinin evinə. Am­ma gəlib çatınca qoca o qədər üşüyür ki, soyuqdan dişləri şaqqıl­da­yır. Əstan kişi çatan kimi yanğını söndürmək üçün əlləşən adamları itələyib qabağa soxulur. Çənəsi soyuqdan əsə-əsə hirslə deyir:

– Ə, nə qayrırsınız, o yana durun, qoyun isinax. Ə, görmürsüz şaxtanı?


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin