Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə210/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   206   207   208   209   210   211   212   213   ...   266
MÜXTƏLİF MÖVZULU LƏTİFƏLƏR
34. BAŞIN QOLTUQ GÖRMƏYİB
Qalayçı körüyünü atın üsdünə bağlamışdı, özü də oturmuşdu, misi getmiş qabları qalaylamağ üçün bir kəntdən başqa bir kəndə gedirdi. O biri kəntdə də tanıyırdılar, ildə bir dəfə, iki dəfə gedirdi. Bilirdilər ki, gələcəhdi nə vaxdsa, bu qalayı getmiş qazandı, ləyən­di, mejməyidi, hazır qoymuşdular. Deyir, gedirdi atın üsdündə, düzün ortasında gedirdi. Çoban da qoyunun yanında durmuşdu. Çobannarda adətdi yolun qırağında duruf gəlif-gedənnən papiros isdəməh. Durmuşdu, deyir, bu atdı gəlif keçəndə bunu saxlıyır.

– Salam-məleyki.

– Əleykimət-salam.

Çox eybəcər çoban idi, erkəh qoyuna gedirdi. Erkəh qoyuna gedən çoban çox qanmaz sayılırdı. O annamırmış ki, insanın təpəsinə ağaşnan vursan, ölər. Bunu saxlıyır:

– Kimsən, nəçisən?

Deyir:


– Ay bala, qoy çıxım gedim yolumnan, salamını verdim, ney­nir­sən, bir şəxsəm. O kəndə gedirəm, qalayçıyam. Qab qalayla­mağa gedirəm.

Deyir:


– Qalaylamax nədi?

Deyir:


– Ağardıram. Qabları ağardıram, – deyən kimi çoban bunun yükünü aşırdır, salır yerə. Bu da yükün üsdünnən dəyir yerə, yıxılır. Deyir:

– Ay oğul, nə isdiyirsən?

Deyir:

– Mənim bu ağacımı qalayla.

Deyir:

– A bala, ağacı qalaylamağ olmaz.

Deyir:

– Demirsən qalayçıyam, mən sənə burda hardan alım qazanı, mənimki də ağaşdı da. Demirsən ağardıram, mənim bu ağacımı ağart.

Gərəh burda körüh qura, kömür közərdə, körühlüyə, sora ağarda. Ağac da yanajax, quru ağac. Deyir:

– Ay oğul, yanar ey ağac, qalay götürməz.

Olmur. Payasını qaldırır, deyir:

– Səni, boynu kökünə bir ağaş vuraram ağzın dəyər yerə. Qalayçı deyilsən, qalayla.



Ayna-bayna baxır, köməh axtarır. Görür ayanda bir kişi qoyun otarır. Deyir:

– Oğul, qalaylıyaram, o kişiyə bir sözüm var, deyim gəlim.

Körüyü də burda qoyuf qaça-qaça gedir kişinin yanına. Kişi görür ki, uşax atdını saxladı, yükünü aşırdıf saldı, kimisə incidir. Budaha, qaça-qaça gəlir.

– Noluf?

– A balam, bu uşax sənindi?

Deyir:


– Hə, mənim oğlumdu.

Deyir:


– Sənin oğlundu lap yaxşı. Çox olsun sənin oğlun, amma bu ağılda olmasın.

Deyir:


– Nədir?

Deyir ki, a kişi, quru ağaş heş qalay götürər? Mən qalay­çı­yam, yolumnan gedirəm kəntdərə qalay qalaylamağa. İndi yükümü də aşırtdı, məni də atdan saldı. Dirənif ki, bu ağacı qalayla. Kişi nə desə yaxşıdı?

– Ə, nə qanır, nə qanır ə. Çobandı, nə qanır, get ağart, ver əlinə.

Əlacı kəsilir, nağarsın ağsakqal belə deyəndə. Bunnan da güman yeri kəsildi. Qayıdır gəlir, körüyü qurur.

– A bala, vallah yanajax.

Razılıx vermir, tutaşıllar. Bu deyir qalaylıya bilmərəm, bu deyir qalayla. Tutaşıllar, yazıx qalayçının başı keçir bunun qoltu­ğu­nun altına. Qalayçının başını nətər sıxırsa, qalayçı görür yox ey, başı əzilir, xırtıldıyır, deyir:

– Burax ə, burax ə, qalaylıyıram.

Əlacı kəsilir, başı əzilir axı. Körüyü qurur, indi ağacı soxur körüyün içinə. Qara tüsdü qalxır, çəkir qalaydan sürtür ki, birtəəri eləsin versin. Bir ayrı qalayçı keçirdi. Heş qalayçı deyildi ey, ağardanmış. Bu əsl qalayçı idi. Soradan gələn qalayçı görür bu, ağacı soxur, çıxardır. Deyir:

– Ə, nağarırsan?

Deyir ki, ağaş qalaylıyıram.

Deyir:

– Ə, quru ağaş qalay götürər, Allah başaa xeyir eləsin. Sən nətər qalayçısan, sənin ağlın kəsmir ki, quru ağaş qalay götürməz?

Deyir:

– Başın qoltux görmüyüf, başın qoltux görə, görüm götürür, götürmür.

Bunnan da qalayçının söhbəti bitir.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin