Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə212/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   208   209   210   211   212   213   214   215   ...   266
36. MOLLA SƏNİN DAYINDI
Deyir, donuz dadanmışdı mollanın çəltiyinə. Bu söhbətdər in­diki mühitə uyğun gəlir. Çəltiyə dadanmışdı. Çəltiyi molla yığırdı dəyəyə. Xam donuz gəlirdi bu vaxtdarı, uçuruf çəltiyi yeyif dağı­dırdı. Molla bir dəfə, iki dəfə, gündüz oranı hörüf qayıdırdı, gejə do­nuz gəlirdi. Bu minvalnan tamam mollanı donuz cana yığır. Mol­la arzuluyur ki, mən nağarım bu heyvannan hayfımı alım. Daa çəl­tik mın­darranıf çıxıf sıradan. Ağlına gəlir ki, bir quyu qazım, donuz gəl­sin düşsün quyuya. Onda donuzdan hayfımı alım. Belə də eliyir. De­məh, o donuz haranı uçuruf gəlirdisə, onun içəri üzünnən dərin bir quyu qazır. Quyunun üsdünə qarğı çöplərinnən düzür, üsdünə də aza­cıx küləş atır. Donuz gəlir içəri keçəndə təpəsi üsdə düşür qu­yu­ya. Molla səhər gəlir görür ki, donuz quyuda. Hirsdi adam, ajığı tut­muş, ambarı dağıdıf. Donuz nağarsın? Götürür qar­ğıy­nan belə vurur, qarğı çatmır. O biri qarğını götürür vurur, çat­mır. Qarğı na­ğa­rajax donuza. Birini də götürür vurur, ucu toxunur donuza. Do­nuz, xam donuz, xortulduya-xortulduya quyunun dibin­də dairə vu­rur, xortul­duya-xortulduya, səs eliyə-eliyə. Molla bir də gətirir yoğun qarğı. Belə yendirir, vuranda çatmır. Bir az irəli durur vur­sun, çatmır. Bir az irəli durur, vuranda mollanın ayağı sürüşür, dü­şür quyuya, donu­zun yanına. Donuz xortulduyur, cumur mollaya. Molla deer ki, – ba­yax dediyini demir, – indi deer ki, ay Allahın ha­lal heyvanı, nə xort-xort edirsən. Molla sənin dayındı. O anbarda nə qədər çəltih varsa, hamısı sənin payındı. Nə xort-xort edirsən, ay Allahın heyvanı. Yazıx molla.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin