Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə214/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   210   211   212   213   214   215   216   217   ...   266
39. SƏN SƏNSƏNSƏ, BƏS MƏN KİMƏM?
Camaat gəlif parkda oturur, duranda bu özünü dəyişih salır­mış. Bilmirmiş özü nədi, kimdi. Bu adamın hansı bunun özüdü. Nəy­sə, bir gün fikirrəşir, deyir ki, hə, deməli mən özümü tanımağ üçün özümə nişanə qoymalıyam. Gətirir indi bu bir dənə boranını qoyur torbaya, asır tokqasının böyrünnən. Gəlir parka, tokqadan da asılı boranı, balaca bir boranı. Görünür yuxuluyurmuş da bu, duran­da özünü dəyişih salırmış. Yatır bu. Yatannan sora özünə oxşar bir şəxs gəlir bunun böyründə oturur. Belə baxır, görür ə, bu, boranını belinnən asıf. Fikirrəşir deyir:

– Ə, yaxşı oldu, bu boranını açım bağlıyım öz belimə, görüm duranda bu nağarajax.

Bunun belinnən boranı olan torbanı açır, bağlıyır öz qurşa­ğına, yanı öz tokqasına. Bu oturuf indi bunun böyründə. Bu, yuxu­dan ayılır. Görür ki, böyründə bir kişi oturuf, boranı da onun belinnən asılıdı, bunun belində də yoxdu. Deyir:

– Baho, dəyişih düşdüm ey.

Fikirrəşir, deyir:

– A qardaş, mən mənəmsə, bəs sən kimsən? Yox, sən mən­sənsə, bəs onda mən kiməm?

Orda boranıya görə deyir ha. Boranı bunun belinə bağlıydı, indi bağlıyıf ora, dəyişih salır. Bilmir kim kimdi.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin