Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə215/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   211   212   213   214   215   216   217   218   ...   266
40. KİŞİSƏN, STOLUN HAQQINI VER
Pulu yoxdu birinin, bərk də ajmışdı Bakı kimi yerdə, şəhərdə. Fikirrəşir, yürünür, yürünür, pulu yox, ajıf özü də. Resdoranın iyi vuruf, dayana bilmir. Deyir:

– Əşi, gedif doyunca yeyəjəm, onsuz da döyuf buraxajaxlar dana. Da nəyim var, nə alallar?

Gəlir elə içəri girəndə yeməhləri mənim kimi yeməmişdi ey, adını da bilmirmiş. Oturan kimi afisiant gəlir.

– Nə isdiyirsən?

Deyir:

– Bax bu camaat nə yeyir onnan məə də ver.

Ə, camaat kefi kök adamdı, oturuf burda, qonaxlıx, konyak, arax, kabab, lüləsi, qarışıf bir-birinə. Nə varsa stalovada afisiant hamısınnan yığır bura. Bu başdıyır həzin-həzin yeyir, yavaş-yavaş təhcəjə yeyir. Fikirrəşir ki, nağarsın, bunun axırı nolajax. Trup deyin­cə yeyir ey. Tamam yeyir, araxdan, konyakdan da vurur. Doyan­nan sora qalxır ayağa, əlini vurur stola, deyir:

– Ə, nejə burda bir kişi yoxdu ey, ə – deyəndə stalova da dolu adamdı da. O, bunun üzünə baxır, bu, onun üzünə baxır.

– Ə, bu nə axmax danışır? Kişi yoxdursa, burdakı camaatın hamısı kişi döyül?

Nəysə, indi heş kəs cürət eliyif deyə bilmir ki, ə kişi, nə danışırsan sən. Bu bir də əlini vurur stolun üsdünə.

– Ə, nejə burda bir kişi yoxdu ey?

Bir oğlan qalxır, gəlir deyir:

– Kişi, əməlli danış, nejə yanı kişi yoxdu ə?

Deyir:


– Var, ay oğul?

Deyir:


– Niyə yoxdu ki?

Deyir:


– Hanı?

Deyir:


– Mən.

Deyir:


– Kişisən, babanın stolunun hakqını ver da.

Hindi bu sözdən sora kim vermiyə bilər?



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin