Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə219/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   215   216   217   218   219   220   221   222   ...   266
45. MƏN ÇƏRDƏYİ ÇIXARDIB ATDIM
Kişi bazardan aş gavalısı alıf gətirir. Oğruluğunu, əyriliyini, düzdüyünü təyin etməh üçün sayır gavalını, görüm neçə gavalıdı. Yığır boşqaba, qoyur yükün altına. Axşam adətmiş çörəhdən sora həmişə meyvə yeyəllərmiş. Mənim yaxşı yadıma düşür, uşax idim onda mən, çörəh yeyilənnən sora meyvə gəlirdi surfaya. Yeməh gələn zaman gavalını qoyullar bir qırağa ki, yeməh yeyilənnən sora gətirsinnər. Gavalını da qoyanda uşağın biri görür. Bir dənə gava­lını götürüf yeyir uşax. İndi axşamdı, yeməh yeyilif. Kişi deyir:

– Orda meyvə var, gətirin surfaya.

Gətirillər. Kişi sayır, görür gavalının biri əysikdi. Deyir:

– Gavalının biri əysikdi, əlli dənə olmalı idi, qırx doqquzdu. Birini kim alıf?

Heş kim boynuna almır. Deyir:

– Mən gavalını neynirəm ki, onsuz da yeyiləjeydi. Amma o gavalını kim yeyifsə, onun çərdəyinin uju çox şişdi. Əgər udufdusa, o çərdəh batıf onun mədəsini deşəjəh, – deyəndə uşax deyir ki, mən çərdəyi çıxardıf atdım.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin