Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə231/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   227   228   229   230   231   232   233   234   ...   266
63. DEYİRSƏN, YƏNİ AŞIQLI ELİYƏRDİM?
Bir kişi varıydı, yaşdıydı. Müharibədə də olmuşdu. Bir gün bunun arvadı öldü. Arvadının qırxı çıxmamış getdi bir dul arvad aldı gətidi. Qonşuda qoja arvad varmış. Buna deyir:

– Ədə, ədə, Musdafa, utanmadın heş?

Bu, o mənada deyir ki, yəni gözdüyeydin heç olmasa arvadın qırxı çıxeydi. Bu da özünü bilməməzdiyə qoyur.

– Ay qonşu, nə deyirsən? Deyirsən, yanı aşıxlı eliyeydim?



64. BOŞBOĞAZ İNSANLAR
Bir gün loğman oğluna dedi ki, oğul, dünyada boşboğaz adamlar çox olajaxdı, əhəmiyyət vermiyəsən. Hansı iş gözəl işdisə, onun ardıncan gedəsən. Deyir:

– Ata, o boşboğaz nətər olur, mənə onu əyani gösdərəsən.

Deyir:

– Gəl.


Minillər ata, hər ikisi gəlillər bir kəndə. Kənddə bir belə adam toplaşıf. Ata-bala təhləşif atnan keçillər belə. Burdakılar deyir:

– Buna bax ey, iki dıraz kişidi, ata yazığı gəlmir, ikisi də təhləşif minif ata.

Oğlu deyir:

– Bizə çox lağ elədilər. Bəs biz heyvana çox qəddarlıx eliyirih.

Deyir:

– Hə, nolar bala, onda mən düşüm, sən min ata, mən atın başın çəkim, gedəh.



Gedif qonşu kəntdən keçəndə yenə bir topa adam idi. Buların böyrünnən keçəndə salam verdi. Dedilər:

– Bah, yaman da oğul tərbiyə eliyifdi. Kişini salıf atın qava­ğına, özü minif ata.

Kişiyə deyir ki, ata, bizə qəbahət elədilər. Gərəh sən ata miney­din dana. Deyir:

– Neyniyəh, bala, mən minim ata. Mən minim ata, sən atın başını çəkginən.

Atın başını çəkdi, bir topa da adamların böyrünnən keçəndə bu səfər dedilər:

– Ağsakqal kişi körpə uşağı salıfdı atın qavağına.

Uşax çox narahat oldu. Dedi ki, ata, yenə bizə qəbahət tutdular. Düşdü atdan, dedi:

– Neyniyəh, bala, atı yedəyimizə alax, ikimiz də piyada gedəh.

Gəldilər bir topa adamların da böyrünnən keçəndə bu adamlar da dedilər ki, bulara bax ey, atı özdərinnən çox isdiyillər.

Dedi:


– Bala, o insannar ki var, olar boşboğazdılar. At sənindi. İsdi­yirsən min, isdiyirsən yedəyə al, isdiyirsən neynirsən elə.

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin