Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə233/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   229   230   231   232   233   234   235   236   ...   266
66. AŞIQ GÖRDÜYÜNÜ ÇAĞIRAR
Bir gün bir aşıq sazını da götürüb ruzu qazanmaq ümidi ilə kənd-kənd, oba-oba gəzməyə başlayır. Gəlib bir obada bir evdə qonaq olur. Həmin gün evin xanımı axşama xaşıl bişiribmiş. Dəvət eliyirlər aşığı süfrəyə, xaşılı hamılıqca yeyirlər. Gecəni aşıq qonaq qalır. Səhər durub hazırlaşır getməyə. Evin sahibi dil-ağız eləyir. Deyir ki, gəlmişkən bir-iki gün də qal. Aşıq deyir:

– Yox, ay qardaş, çox sağ ol. Gəldim, xaşılınızı da yedim, daha gedirəm.

Aşıq xaşıl deyəndə ev yiyəsi fikirləşir ki, ədə, sən ölməyəsən, bu aşıq məni biabır eliyəjək. Hər yerdə deyəjək ki, bizdə xaşıl ye­yib. Başlayır əl-ayağa düşməyə. Deyir ki, qoymaram gedəsən. Bəs, yaxşı bir xoruzum var, kəsim, axşama arvad yaxşı çığırtma-pilov bişirsin, ye, sonra çıxıb gedərsən. Aşıq razılaşır. Axşama yaxşı bir çığırtma-pilov dəmlənir, yeyib-içib yatırlar. Səhər aşıq sağollaşır ki, gedə. Deyir:

– Ay qardaş, sağ ol, xaşılını yedim, çığırtma-pilovunu yedim, daha mən gedirəm.

Ev sahibi görür ki, aşıq yenə xaşıldan danışır. Hövsələsi qaçır. Deyir: "Gərək necə olsa xaşılı bu aşığa unutduram". Odur ki, deyir:

– Bəs aşıq qardaş, qoymaram gedəsən. Bir yaxşı qoçum var. Elə sənin kimi yaxşı insanlara qismət olmasını istəyirəm. Kəsim, bir-iki gün yeyək, sonra gedərsən.

Nəysə, qoçu da kəsir, yeyib-içirlər. İki gün də keçir. Aşıq yenə getmək havası çalır. Deyir:

– Sağ ol qardaş, xaşılınızı yedim, xoruzunuzu yedim, qoçunuzu yedim, haqqını halal elə, mən gedirəm.

Ev sahibi görür ki, aşıq yenə xaşılı birinci saydı, lap qanı qa-ralır. Deyir:

– Qardaş, getmə. Bir erkək danam da var. Onu da kəsim, yeyəndən sonra gedərsən.

Aşıq deyir:

– Qardaş, heç özü ərəsət-məhşər eləmə. İstəyirsən lap dəvə kəs, mən aşığam, gördüyümü əvvəldən axıra qədər çalıb oxuyajam.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin