Süleyman və ahular (II mətn). 0 (Bu variantda susuzluqdan əziyyət çəkən keçilərdir).
Süleymana qalmayan dünya (I mətn). 0 (Qoca dünya: Gündüz qız, axşam qoca qarı şəklinə düşür; Süleyman peyğəmbər onunla əhd-peyman bağlayır, həqiqəti biləndən sonra üzüyünü geri istəyir) + AT 763 ( Üç yoldaş xəzinə yarır; qızıllara sahib olmaq üçün ikisi əlbir olub üçüncünü öldürür, sonradan özləri də onun gətirdiyi aşdan yeyib zəhərlənirlər).
Süleymana qalmayan dünya (II mətn). 0 (Qoca dünya) + 0 (Süleyman peyğəmbərin ölümü: peyğəmbər uşaqlarının kiçik olduğunu əsas gətirib Allahdan möhlət istəyir, amma Allah ona möhlət vermir; daşın içində bəslədiyi qurdu göstərib deyir: bu qurdu bəsləyən Allah, sənin də balalarını ac qoymaz).