Quş sümüyündən ev (I mətn). AT 983 (Süleyman peyğəmbər quş sümüyündən ev tikdirmək istəyir, bayquş onu bu fikirdən daşındırır).
Quş sümüyündən ev (II mətn). AT 983 (Əvvəlki süjetdən fərqli olaraq, burada sual-cavab, Süleyman peyğəmbərin bayquşa gündəlik üç sərçə ruzu təyin etməsi kimi yeni motivlər də iştirak edir).
Musa Allahı qonaq çağırır. AT 751A* (Musa peyğəmbər sail sifətində qapısına gələn Allahı ac yola salır, aşpaz isə ona yemək verir; əvəzində Allah aşpazı cənnətlə mükafatlandırır).