PEYĞƏMBƏRLƏR VƏ DİNİ ŞƏXSİYYƏTLƏR
HAQQINDA
27. MƏHƏMMƏD PEYĞƏMBƏRİN HƏCC ZİYARƏTİ
İmamlarnan bu (Məhəmməd peyğəmbər – top.) gedirmiş ticarətə-zada, ora-bura, alverə. Hamıdan da sora gedirmiş, bazarın qapısı buna açıx imiş. Gedəndə görüflərmiş ki, bu satıf buların qabağına gəlir. Hara da getsə, onun üsdünə kölgə düşürmüş, bulud onun üsdüynən gedirmiş. Deyiflər:
– Bunu izdiyəyin, bu havaxt gedir onnan gedəjeyih.
Nə qədər gediflər, bunun izi qalmıyıf yerdə, izin tapmıyıflar. Məkkeyi-Mədinənin qapısına da yazılmışdı ki, Məhəmməd adında bir şəxs gələjəh, onda bu bulax qaynıyajax. Bulağın yeri var imiş, suyu yox. Günnərin bir günü oranın şahı görür ki, damcı-damcı su axır. Vəzirrərini çıxardıf bazara ki, Məhəmməd adında kim gəlsə, onu gətirin mənim hüzuruma. Gəlif axtarıflar: – Məhəmməd, Məhəmməd.
Deyif:
– Məhəmməd mənəm.
Deyif ki, səni şah hüzuruna çağırır.
Deyif:
– Görən, şah məni neynir?
Bunun balaca bir qapısı var imiş. Dəvəni də götürüf çəkə-çəkə gedif. Dəvəni çəkəndə dəvəli-zaddı keçif. Bu qapıdan girən kimi bulağ elə şəfa verif ki! Buraan şahı qonaxlığ eliyir, hal-xoş, deyir:
– Səə nə qədər qızıl isdiyirsən verim?
Deyir:
– Məə heş nə lazım döyül.
Dostları ilə paylaş: |