Şah Abbas və oğrular. AT 951 (Oğrulardan biri itin dilini bilir, o biri bağlı qıfılı açır, üçüncü isə bir dəfə gördüyü adamın sifətini unutmur; Şah Abbas onlara qoşulub öz xəzinəsinə oğurluğa gedir; daha sonra oğruları sınayır, onların həqiqətən də həmin xüsusiyyətlərə sahib olduğuna əmin olur).
Şah Abbasla üç bacı. 0 (Kiçik bacı Şah Abbasın onun paltarını hamama götürməsini arzu edir; qızın bu arzusuna qəzəblənən Şah Abbas onu ölkədən sürgün edir; kiçik bacı axırda öz arzusuna çatır).
Şah Abbasla pinəçi. 0 (Ruzunu verən Allahdır: pinəçinin bu sözünə qəzəblənən padşah onu zindana saldırır və tapşırır ki, onu ac saxlasınlar; zindançı başqasına verməli olduğu çörəyi yanlışlıqla pinəçiyə verir, bunun sayəsində pinəçi sağ qalır).
Şah Abbasla bostançı: AT 1660A* (Şah Abbasa yemiş-qarpız aparan bostançı yolda onun özü ilə qarşılaşır, Şah hədiyyəsini qəbul etməsə, onları onun gözünə soxacağını deyir. Həmin sözləri şahın hüzurunda da təkrarlayır. Cəsarətinə görə Şah Abbas onu mükafatlandırır).