33. YAZIYA OFSANAT
Peyğəmbər əleyhsalam moizə eliyir insannara. Bu zaman bir kişi əlində dəhrə gedir çırpı gətirməyə. Peyğəmbər əleyhsalam sözün kəsdi, dedi ki, bu kişi gedif çırpı gətdiyi yerdə dünyasın dəyişəjəhdi. Gedif onu gətirif dəfn edərsiz. Kişi ötdü, çıxdı getdi. Peyğəmbər əleyhsalamdan da bular heş vaxt yalan görmüyüfdü. Bu söhbətinə davam elədi. Yarım saatdan sora bu, arxasında şələ gəlif burdan keçəndə insannar hamısı peyğəmbərin üzünə baxdılar ki, sənnən biz yalan görməmişih. Bəs bu kişi öləsi idi, niyə ölmədi. Deyir, əlin qaldırdı, kişini saxlatdırdı. Dedi:
– Şələni aç.
Şələni açdılar ki, bir ilan çırpı şələsinin arasında uzanıf. Dedi ki, bax, bu ilan səni vurası idi. Bunu maa Cəbrayıl xəbər verif. Nə iş görmüsən sən, neynəmisən bu savah ertə?
Dedi:
– Vallah, bu savah ertə bizim beş dənə balaja kökəmiz vardı. Tezdənnən dilənçi gəlif, öz payımı ona vermişəm.
Dedi:
– Hə.
O yaxşılığın qarşılığında Allah-tala onu o təhlükədən sovuşdurdu.
Dostları ilə paylaş: |