43. MUSANIN ALLAHLIQ İSTƏYİ
Bir gün Musa gedir Allahın yanına. Deyir:
– Ya Allah, allahlığı üş gün ver maa.
Deyir:
– Ya Musa, neyniyəssən?
Deyir ki, adamımı bir-birinnən seçim.
Ona görə də deyirih ki, Allah günün ixdiyarını heş kəsə vermiyif. İxdiyarı ancax öz əlindədi. Özü yazısını yazır, özü öldürəndə öldürür. Musuya vermiyifdi. Musuya deyif ki, ya Musa, saa versəm dünyanı talan eliyərsən. Dünyanı pəsdü-parağ eliyərsən. Bir dəyqənin dəyqəsin, bir saniyənin saniyəsin saa verə bilmərəm. Eşitdiyim, bildiyim, vermiyif Musa peyqumbərə.
Dostları ilə paylaş: |