50. QILINC KƏSMƏZ ƏLİ
Bı canım qurbana (Həzrət Əliyə – top.) mavıyalar nə qədər eliyirmişdər, bına qılınc batmırmış. Bınnan, elə bilginən ki, siyasatnan soruşuflar ki, səni nə vaxt qılış kəsər? Deyir ki, məni qılış namaz üsdə kəsər. Namaz üsdə bədən boşdu, onda kəsər. Bına namaz üsdə qılış vırıllar. Vıranda qılış kəsmir bını. Deyir:
– Allah sizə lənət eləsin. Mənim xirtdəyimin altınnan babam öpüfdü, ora qılış batmaz. Boynumun dalınnan kəsin. Xirtdəyimnən kəsə bilmiyəssiz.
51. HƏZRƏT ƏLİNİN ÖLÜMÜ
Bir də deyillər, o canım qurban olduğum Əli bilirmiş dünyasını nə vaxt dəyişəjəh. Oğlannarına vəsiyət eliyir ki, mən öləndə maa yaxın gəlmiyin. Məni qiblə tərəfdən bir ağ dəvəli gəlif aparajaxdı. Birdən bilməssiniz qabağına-zadına çıxarsız ha. Qabağına-zadına çıxmıyın. Ata-baladılar, nətər çıxmasınnar qabağına?
Dünyasını dəyişəndə görüllər ki, bir ağ dəvə gəldi, elə bil ki, üsdündə də cinaza. Qabağını kəsdilər. Gördülər ki, öz atalarıdı, ci-naza dəvənin üsdündədi, dəvənin boyın çəkən də öz atalarıdı, Əlidi.
Həzrət Əli deyif ki, mən öləndə qırx dənə qəbr qazın. Məni bilməsinnər ki, hansı qəbrdə basdırmısız. Mavıya bilməsin ki, hansındayam. Qırxını qazdılar, birində basdırdılar. Qalannarının da üsdünü torpaxladılar. Bilmiyiflər ki, hansındadı.
Dostları ilə paylaş: |