Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə65/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   61   62   63   64   65   66   67   68   ...   266
III mətn

Bu nəslin məşhur nümayəndələrinnən biri də böyüh Alı Çələbidi. Sünnü-şiyə ayrılığına qarşı ən kəsgin adam oluf. O vaxt bir dəfə şiyə mollalarınnan sünnü mollaları birləşif bını məhkəməyə veriflər. Qazı məhkəməsi hardasa Çimən yaylağında olufdu, mənim eşitdiyimə görə. Qazıya deyiflər bının məqsədi bilinmir. Hansı dinə xidmət elədiyi bilinmir. Quranı gətirif deyif:

– İkinci bir Quran gətirin maa ki, ya sünnünün olsun, ya şiyənin. Desinnər ki, bı sünnünün Quranıdı, bu da şiyə Quranıdı.

Deyillər:

– Yox, Quran birdi.

Deyif:


– Allah birdi, peyğəmbər birdi, Quran birdi. Bəs bu sünnü-şiyə haradan çıxdı?
IV mətn

Öz nəsillərinnən də müritdəri oluf, kənardan gələnnərdən də oluf. Yaxşı müritdəri olufdu, amma sora yolunu azan müritdəri də olufdu. Eləsi də var ki, qürrələnifdi. Belələrinnən də xoşdarı gəlmiyifdi. Şıx Alı addı bir müritdəri oluf. Hajı Qasım Çələbinin müridi oluf o Şıx Alı. Bir gün gəlif deyif ki, ustad, bu gejə sənnən yuxarıda uçurdum. Sabah gəlif deyif ki, ustad, axı mən uça bil­mirəm. Deyif:

– Sən çətin uçarsan. Sənin qanatdarı yolmuşam, tay hara uçursan. Sən gərəh qürrələnmiyeydin. Mənnən yuxarıda uşsan da, onu maa deməməliydin.

İndi də bəzən deyillər: "Şıx Alı evinin iti kimi uluyursan elə". Olar Allahın yanında eşidilənnərdən oluflar.

Bizdə bir keşmiş milislərdən, partiya işçilərinnən varıydı. Adı da Əli Mamedovuydu. Soralar özü maa danışırdı. Deyirdi mən Allaha heş vaxt inanmırdım. Kamsamoluydux dayna. Alı Çələbini mən həbs elədim. Alı Çələbi Hajı Qasım Çələbinin oğluydu. Hajı Qasım Çələbinin də atasının adı Alı Çələbiydi. Atasının adını oğluna qoymuşdu. Birinci dəfə mən onu həbs eliyəndə maşın xoda getmədi. Birdən ağlıma gəldi ki, dusdaxların içində Alı Çələbi də var. Deyir, dedim ki, Alı Çələbi, elə elə ki, maşın xoda düşsün. Təzə maşınıydı. Dedi:

– Əşi, mənim nə işimə qalıf. Urusun qayırdığı dəmirdi, mən­nən onun nə əlaqəsi.

Dedim:

– Yox, Alı Çələbi, sənnihdi.



Bir az baxdı, baxdı, dedi:

– Allahın hökmüynən işə düş.

Maşın işə düşdü, getdih. Xannıx kəndində mən onu həbs eliyəndə axırıncı həbsi idi. Bunu Heydərqul addı bir nəfərin evinə çağırdım. Gəldi. Dedim, səni söhbətə çağırmışam.

Dedi:


– Yox, sən məni söhbətə çağırmamısan, sən məni axırıncı sə­fər çağırmısan. Həbs eliyəssən. Uzağı bir-iki günnən sora mən gül­lələnəjəm.

Deyir, belə deyəndə dəhşətə gəldim. Deyir, dedim ki, Alı Çə­ləbi, üçüncü, dördüncü dəfədi ki, səni həbs eliyirih. Birində bu qə­dər yatmısan, birində on gün yatmısan. Axırıncı səfər oları tu­tan­da olar üş gün sorğu-sualsız yatdılar: mənim atam Əhməd Çələbi, onun atası Alı Çələbi, bir də Mərcannıdan Molla Mirzağa. Buları hər gün çağırıf bircə sual veriflər. Sergey Mironoviç Kirovu öldü­rənnərin adın deməlisiz. Kirovu öldürənnən sora tutmuşdar buları.

Deyir, bir gün bınnan söhbət eliyəndə bına dedim ki, Alı Çə­lə­bi, mən Allaha inanmıram. Sən elə eliyə bilərsən ki, mən Allaha inanım? Deyir, maa dedi ki, mən neynim ki, sən Allaha inanmırsan. Mən neyniyə bilərəm sən Allaha inanasan? Əl çəkmədim ki, maa gösdər, inandır ki, o dünya var, cənnət var, cəhənnəm var. Deyir, birdən maa dedi ki, dön abışqadan çölə bax, gör nəyi görürsən? Deyir, dedim ki, mən abışqadan çölə baxanda orda bir çinar ağacı var, onu görürəm. Dedi, gəl indi bax, gör nəyi görürsən? Deyir, gəldim baxdım, gördüm gül-çiçəh, çəmənnih, həmişə gördüyüm şeylər yox, tamam başqa şeylər görükür gözümə. Bıları Əli Mame­dov danışırdı ha. Savatdı adamıydı özü də. Deyir maa dedi ki, o gördüyün cənnətiydi, saa cənnəti gösdərdim. Sora deyir maa dedi ki, yaxşı bax, gör indi nə görürsən? Gördüyümnən, deyir, dəh­şətə gəldim. Cəhənnəmə düşənnərin nə əzab çəkdihlərini gördüm. On­nan sora mən Allaha inandım. Bına dedim, səni mən həbs eliyə bilmərəm. Deyir, maa dedi ki, məni həbs eləməsən, sənin özüü də tutajaxlar, ayləə incidəjəhlər. Gəl düş yanıma, gedəh.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin