Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə78/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   74   75   76   77   78   79   80   81   ...   266
72. HƏMZƏ BULAĞI
Həmzə oluf Laçının Cijimli kəndinnən, Nigar da Bərdənin Qarağajı kəndinnən. Nigarın atasıynan Həmzənin atası dosd oluf, savatdı oluf. Həmzəni göndərif burda təhsil alsın. Burda Allah tərəfinnən bular bir-birinə aşiq oluflar. Bu oğlan da dağ vaxdı gənə bu əfəndinin yanında oluf. Bu bulağın ətrafı dərin meşədi. Hələ bulax yoxdu. Qız gəlif bura morux, qarağat yığmağa. Deməh, bu oğlannar deer ki, Laçınnan bir gedə gəlsin, Nigar kimi bir qıza vurulsun? Gərək bunun bu dərədə başını-gözünü əzəh, çıxıf getsin. Nəysə, bular bunu izdiyillər. Gedillər. Bular bu çaydan addıyanda oyza Həmzə qızın-gəlinin əlinnən tutur. Nigara gələndə ağaş qırır, əli ağaşda buynan keçirir Nigarı. Onnan sora deyillər ki, yox, bu təmiz adamdı, bu Allah adamıdı, buna toxunmağ olmaz.

Bu, burda yaşamaxda olsun. Nigar baxar ki, Allah şeyxidi. De­yir ki, olarmı sən üz döndərəsən Allaha, – bu qız-gəlin gedir o dərə­dən su gətirir, – elə burdan su çıxsın, sənin adına olsun. Allahın hök­müynən Həmzə Allaha qarşı üz çöndərdiyinə görə оrdan bulax çıxır.

İndi mən sizə bu bulağın taleyini danışım. Bulax nətəri bulax­dı? Bulağa Azərbaycan əhalisinin hamısı gedir ziyarətə. Bulağın möcüzəsi onnan ibarətdi ki, suyu putulkaya götürərsən, beş gün qalar, bir ay qalar. On ilnən bu su qalır. Bu bulağın tarixini bilən qonaxlarım oluf, olar məə deyiflər ki, bu su zəm-zəm suyu kimidi. Məsələn, sən bunnan da götür, onnan da, bu su safdır. Ən çox Gürcüsdannan gəlillər. Nigarın qəbri Qara Pirimdədi. Həmzə isə o vaxdı Sovet hökuməti gələndə gedif Türkiyədə qalıf. Möcüzəsinə görə burdan isdiyiflər, vermiyiflər.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin