Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə84/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   80   81   82   83   84   85   86   87   ...   266
80. AŞIQ QURBANİ PİRİ
I mətn

Stansiya Xələfli kəndi Cəbrayıl rayonunun mərkəzindən 48 kilometr aralı, Araz çayının sol sahilində, İranla sərhəddə yerləşir. El arasında bu kəndə Diri dağı deyirlər. Çünki bu kənd Diri dağın ətəyində yerləşir. Aşıq Qurbani piri kənddən təxminən iki kilometr aralıda, şosse yolunun kənarında, dağın döşündəki təpədə yerləşir. Pirin adı Qurbanlı piridir. Qəbirstanlığın ucunda yerləşir. Böyründə iki-üç kiçik qarağac var.

Rəvayətə görə, bu pir Aşıq Qurbaninin adı ilə bağlıdır. Aşıq Qurbani gəncəli Ziyad xanın qızı Pəri xanımı alıb geri qayıdarkən indi pir olan yerdə yatıb. Bu vaxt bir ilan onu yatdığı yerdə vurub. Aşıq Qurbani ölür, orda da basdırırlar. Qurbani haqq aşığı olduğu üçün onun məzarı ziyarətgaha çevrilir. Pirə, adətən, qoç, dana, xoruz qurban deyilir. Pirə ziyarətə gedərkən əvvəlcə (qeyd edim ki, bu pir çay daşlarından dairəvi şəkildə təxminən qırx santımetr hündürlüyündə hasarla əhatə olunub) çöl tərəfdən saat istiqamətin­də üç dəfə fırlanırsan, fırlanan vaxt müəyyən istək deyilir, pirin daş­larından öpülür. Üç dəfə fırlandıqdan sonra pirin içərisinə daxil olur­san. İçəridəki məzarın başına üç dəfə dövrə vurursan. Məzarı fırla­nan vaxt pirə müəyyən nəzirlər qoyulur. Səndən əvvəl ora kimsə nəzir qoyubsa, onu götürmək də olar, götürməmək də. Adə­tən, götürülür. Pirdən götürülən şey müqəddəs tutulur. Pirdən götü­rülən nəzir daim evdə saxlanılarsa, o evdən xeyir-bərəkət əskik olmaz. Pirə gətirilən qurbanı pirdə kəsmək daha məqbul hesab olu­nur. Ziyarəti başa vurub pirdən çıxarkən, gərək üzü pirə tərəf çıxa­san. Bu pirin arxa tərəfində, lap pirin yaxınnığında bir dağdağan ağacı var. Ziyarətdən sonra o ağaca parça bağlanılır.
II mətn

Bala, o Mazan nənə Qurbannı kəndində oluf. Onun yiyəsi Fərəm­əz xan oluf. Qurbani də onun oğlu oluf. Bu fakdı ha, yalan dəyil. Birincisi, o Mazan nənənin ətrafında, Şəfliyə tərəf çoxlu bişmiş kərpiş var. Bir də bir böyüh qəbirsdannıx da var. Qəbiris­dannıxda çoxlu müxtəlif baş daşdarı var. Elələri var, heş yazısı yoxuydu. Elələri də varıydı ki, üsdündə yazısı varıydı. Orda bir də bir qəbir varıydı. Yumru, gödəh, yarım metrə qədər baş daşı varıy­dı. Qabaxlar orda incir ağaşdarı çoxuydu. Bir otuz-qırx dənə olardı. Bir də çoxlu çinar varıydı.

Rəvayətə görə, bir gün bı Qurbani kəndin cavannarıynan gedif gəzməyə. Gejə qayıtmıyıf. Özü də onun adı Qurbani dəyil ha, o kəndin adına görə heylə götürüf. Bılar yalan dəyil ha, fakdı. Bını axtarıflar, gejəni tapmıyıflar. Səhər bını qoyun aparan çobannar o Mazan nənənin başının üsdəki dağdan tapıflar. Görüflər ki, yatıfdı, ağzınnan, burnunnan köpüh axır, su axır. Yığışıflar, baxıflar. O bilənnər gəlif deyif ki, bına vergi verilifdi. Bı hakk aşığı olufdu. İndi orda, bına vergi verilən yerdə bir pir var. Ona buta verilən yerdi ora. Bu birisində isə onu basdırıflar, ora da ona görə pirdi.

Həmən Qurbannı kəndini nətər olufsa, ilan bürüyür. Kəndi ilan elə bürüyür kü, kənd köçür, addıyır o biri taya (Cənubi Azərbaycan nəzərdə tutulur – top.). İndi də o tərəfdə Qurbannı kəndi var. İlan soh­ra çəkilif gedir. Sohra bir neçə nəfər qayıdıf gəlir. Amma tay Mazan nənədə yox, bir az aşağıda Xudayarrı qışdağında yaşıyıllar.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin